Cavid Qurbanov köhnə komandadan imtina edir
24-02-2015, 11:55
Oxunub: 7 286
Biləcəri və Duvannı depolarında dəyəri milyonlarla ölçülən külli miqdarda yeyinti faktları haqda son iki ildə mətbuatda müxtəlif sanballı araşıdırmalar dərc olunub
Ötən illərdə dəfələrlə korrupsiya və yüksək məbləğdə maxinasiyalarla gündəmə gələn idarənin yeni başçısı Cavid Qurbanov daxili təhqiqatın nəticələrinə əsasən daha bir neçə yüksək rütbəli məmurla vidalaşmağa hazırlaşırİdarəyə xidmət göstərən bütün podratçı təşkilatların fəaliyyəti yenidən yoxlanılır.
Biləcəri və Duvannı depolarında dəyəri milyonlarla ölçülən külli miqdarda yeyinti faktları haqda son iki ildə mətbuatda müxtəlif sanballı araşıdırmalar dərc olunsa da, hansısa gizli əllər onlarca vəzifəli şəxsin məsuliyyətdən yayınmasına nail ola bilmişdi. Təkcə keçmiş sədrin yaxınları ilə bağlı 48 milyonluq “tender” əməliyyatı keçən ilin ən qalmaqallı olaylarından sayılır. Bundan başqa, vaxtilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) maliyyə xidmətinin gəlirlər şöbəsinin rəisi vəzifəsində işləyən Nəriman Məmmədovun (Ziya Məmmədovun qardaşı) imzası belə saxtalaşdıraraq Duvannı stansiyasında külli miqdarda mənimsəmələr haqqında heç bir ölçü götürülmədiyi də bir faktdır.
Redaksiyamıza daxil olan məlumatlara görə, Ziya Məmmədovun yaxın adamı, Sərnişindaşıma departamentinin rəisi Eliyar Muradov, habelə idarənin təmir-tikinti işlərinə başçılıq edən Çingiz Məmmədov da topun ağzındadır. Belə ki, son illər E.Muradov etdiyi “eksperiment”lərlə dəfələrlə diqqət mərkəzinə düşə bilmişdi. Belə məsuliyyətli sahəni tam bir ailə şirkətinə çevirən rəis, illərlə burada çalışan təcrübəli dəmiryolçuların xidmətindən asanlıqla imtina edir. Idarənin önündə saysız-hesabsız piket və etiraz, demək olar, hər həftə davam edir. Digər bir yüksək vəzifəli rəis Ç.Məmmədov də ondan geri qalmır. Əldə etdiyimiz məlumata görə, o, idarənin tender-podrat işlərini nəzarətdə saxlaması və bütün daşıma işlərini özünə məxsus “KamAZ” avtomobilləri ilə aparmasıyla yeni rəhbərliyin hədəfinə gəlib.
Idarədə aparılan “təmizləmə” əməliyyatının pərdəarxası məqamları ilə gələn saylarımızın birində daha ətraflı söhbət açacağıq.(Azadliq.info)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər