BolgeXeber.Com » Ölkə » Maaşlarını ala bilməyən cüdo üzrə yığma komandamızın üzvləri etiraza qalxdı
Maaşlarını ala bilməyən cüdo üzrə yığma komandamızın üzvləri etiraza qalxdı
28-02-2015, 19:15
Oxunub: 10 576
Bakıda cüdo üzrə yığma komandamızın üzvləri aksiya keçiriblər
Ans-in hadisə yerində olan müxbirinin sözlərinə görə, cüdoçular məvaciblərinin artıq üç aydır ki, verilmədiyini bildirirlər. Onlar Azərbaycan Cüdo Federasiyasından maaşlarının verilməsini tələb edirlər.
Aksiyada Ermənistanın paytaxtı İrəvanda keçirilən gənclər arasında dünya çempionatının qalibi olmuş Elmar Qasımov və Azərbaycanın ən tanınmış cüdoçularından olan Nicat Şıxəlizadə və Elxan Məmmədov da iştirak edib.
Elmar Qasımov onların federasiya ilə bağlı problemlərinin olduğunu bildirib: “Bir neçə dəfə federasiya rəhbərliyi ilə görüşlər keçirmişik. Bizə söz verirlər ki, hər şey həll olunacaq. Ancaq ortada bir nəticə yoxdur. Nə təlim məşqlərinə göndərirlər, nə də maaşlarımızı verirlər. Qidalanmamız yaxşı deyil. Biz təlim məşqlərini artıq öz hesabımıza getməyi fikirləşirik”.
Məvaciblərini ala bilmədiklərinə görə etiraz aksiyası keçirən cüdoçular iyunda Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak etməmək ehtimalının olduğunu da bildiriblər.
Cüdoçular prezidentin onlara qayğısını olduğunu desələr də Cüdo Federasiyası tərəfindən heç bir yardım almadıqlarını bildirirlər.
Gənclər və İdman Nazirliyi də məsələyə münasibət bildirib. Qurumun mətbuat katibi Səmayə Məmmədova deyib ki, federasiya idmançılarla görüşərək onların tələblərini dinləyəcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən isə aksiya ilə bağlı məlumatlı olmadıqlarını deyiblər: “Bu gün iş günü deyil axı...”
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər