BolgeXeber.Com » Ölkə » Qazaxda 2-ci qrup hərbi əlil onu get-gələ salan məmurdan prezidentə şikayət edir

Qazaxda 2-ci qrup hərbi əlil onu get-gələ salan məmurdan prezidentə şikayət edir

3-03-2015, 02:39
Oxunub: 5 743 Qazaxda 2-ci qrup hərbi əlil onu get-gələ salan məmurdan prezidentə şikayət edir“Mənə bildirdi ki, sən Qarabağ müharibə əlili deyilsən, sənə güzəştli şərtlərlə ev təminatı növbəsi aid deyil”

Qazax rayon, Ağköynək kənd sakini, 2-ci qrup hərbi əlil, Mürşüdov Tural Müştab oğlu prezident İlham Əliyevə və bir sıra dövlət rəhbərlərinə şikayət ərizəsi ilə müraciət edib.
2-ci qrup hərbi əlil, Mürşüdov Tural Müştab oğlu prezidentin tələblərinə riayət etməyən Qazax rayon İcra Hakimiyyətindən müavini Tahir Musayevdən şikayətçidir. Belə ki, mən 2-ci qrup əlil kimi o qanunla Qazax rayon İcra Hakimiyyətində birinci növbəli mənzil qeydiyatına götürülməli və mənzillə təmin olunmalı halda onun hüquqları tapdalanır və o get-gələ salınır. “Qazax rayon İcra Hakimiyyətindən müavini Tahir Musayev məni o dərəciyə gətirib ki, mən az qalıb ki, özümə qəsd edim”,-deyə hərbi əlil şikayət edir.
Müraciətin bir nüsxəsi də Bolgexeber.com-a daxil olub. Müraciəti olduğu kimi təqdim edirik:
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB İLHAM ƏLİYEVƏ.
SÜRƏTİ :
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENT APARATININ RƏHBƏRİ.
CƏNAB RAMİZ MEHTİYEVƏ.

AZƏRBAYCAN RESPUBLİKASI BAŞ NAZİRİ.
CƏNAB ARTUR RASİ-ZADƏYƏ.

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİN SƏDRİ.
CƏNAB OKTAY ƏSƏDOVA.

Qazax rayon, Ağköynək kənd sakini, 2-ci qrup hərbi əlil, istefada olan gizir Mürşüdov Tural Müştab oğlu tərəfindən

Ş i k a y ə t ə r i z ə si
Hörmətli Prezident, cənab Ali Baş Komandan !

Məlumat üçün Sizə bildirmək istəyirəm ki, mən Silahlı Qüvvələrdə bir çox vəzifələrdə, gizir rütbəsində Azərbaycan Resbublikasının ərazi bütövlüyü uğrunda ön xətt bölmələrində xidmət etmişəm. 2-ci qrup hərbi əliləm.
Mən xidməti vəzifələrimi yerinə yetirərkən əlil olmuşam və imtiyazlarım Qarabağ müharibə əlilərinə bərabərdir. Belə ki, mən 2-ci qrup əlil kimi Qazax rayon İcra Hakimiyyətində birinci növbəli mənzil qeydiyatına götürülməli və mənzillə təmin olunmalıyam.
Məni 07.01.2015-ci ildə Qazax rayon icra hakimiyyətinə məni qəbula çağırdılar, məndən evimizin otaqların sayın və sair ağıla sığmayan sənədləri tələb edirlər, mənə hansı sənədləri qeydiyyat üçün təqdim etməliyəm, onları yazılı şəkildə mənim ünvanıma göndərəsiniz yazdıqdan sonra mənə 12.02.2015-ci il tarixdə Qazax rayon İcra Hakimiyyətindən təqdim edəcəyim sənədlərin siyahısını məktubla mənim ünvanıma göndərmişdirlər. Mən məktubda yazılan sənədləri toplayıb, 18.02.2015-ci il tarixdə poçt vasitəsi ilə tələb olunan sənədləri Qazax rayon İcra Hakimiyyətinə göndərmişəm. 02.03.2015-ci il tarixdə Qazax rayon İcra Hakimiyyətindən müavini Tahir Musayev məni qəbuluna çağırdı. Mənə bildirdi ki, sən Qarabağ müharibə əlili deyilsən, sənə güzəştli şərtlərlə ev təminatı növbəsi aid deyil. Ancaq Hörmətli cənab Prezidentimizin sərəncamlarında göstərilib ki, xidməti vəzifələrini yerinə yetirərkən əlil olmuş şəxslərin statusu Qarabağ müharibə əlilərinə bərabərdir. Lakin Qazax rayon İcra Hakimiyyətinin səlahiyətli nümayəndəsinin bundan xəbəri yoxdur. Səbəbi bilinmir ki, nə üçün mən yarı can əlili növbəyə götürməkdə başıma oyun açırlar. Ev növbəyə götürmək istəmirlər. Yalandan məni get -gələ salaraq deyir ki, mən sorğu göndərmişəm hərbi hospitala və digər yerlərə, mən isə belə başa düşürəm ki, bu məmur hörmətli prezdentimizin əlilər haqqında sərəncamına şübhə ilə yanaşır və araşdırma aparılmasın tələb edir, belə ədalətsizlik olmaz.
Hətta Hörmətli Prezidentimiz Cənab İlham Əliyevin hər dəfə iclaslarda dövlət məmurları qarşısında qoyulan tələbləri vurğulamışdır:“Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb”.
Bütün bunlara baxmayaraq Qazax rayon İcra Hakimiyyətində bu tələblərə əməl edən yoxdur, mən əlili dəfələrlə demək olar ki, incidirlər, yolarda qoyurlar. Bu kimi ədalətsizliyi görüb yenə cənab Prezidentimiz Sizə müraciət edirəm.
Qazax rayon İcra Hakimiyyətindən müavini Tahir Musayev məni o dərəciyə gətirib ki, mən az qalıb ki, özümə qəsd edim. Artıq mən bu həyatdan bezmişəm. Bu barədə tədbir görülsün ki, əlilərlə düzgün rəftar edilsin.
Hörmətli Prezident, cənab Ali Baş Komandan !
Sizdən xahiş edirəm ki, yuxarıda qeyd etdiklərimi nəzərə alaraq mənim Qazax rayon İcra Hakimiyyətində birinci növbəli mənzil qeydiyatına götürülməyimə, Qazax rayon İcra Hakimiyyətindən müavini Tahir Musayev tərəfindən mənə problemlər yaradılmamağıma və mənzillə təmin olunmagıma göstəriş verəsiniz.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com