BolgeXeber.Com » Ölkə » İcra başçısının sərxoş qardaşı oğlu Bakıda 8 maşını əzdi – FOTOLAR
İcra başçısının sərxoş qardaşı oğlu Bakıda 8 maşını əzdi – FOTOLAR
3-03-2015, 10:40
Oxunub: 6 427
Fevralın 28-dən martın 1-nə keçən gecə Bakıda ağır yol qəzası baş verib
«İnfiniti-5-5» markalı, nömrə nişanının seriyası 555 olan avtomobil Bakının mərkəzində – Sahil bağının yanında 8 avtomobili əzib. Hadisə Fransaının Azərbaycandakı səfirliyinin binası qarşısında baş verib. Avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, gecə saat 4 radələrində səfirliyin arxa tərəfindəki bardan çıxan şəxs sərxoş vəziyyətdə olub. Lakin o, bu vəziyyətdə maşına oturaraq sürətlə arxaya hərəkət edib. Bu zaman barın mühafizəçisinə toxunan maşın səkiyə dəydiyi üçün dayanıb. Daha sonra maşını irəli sürən həmin şəxs müxtəlif markalı 8 avtomobili vurub. Son olaraq «Nissan» markalı avtomobili əzib az qala səfirliyi qoruyan polislərin postuna çırpılan avtomobili hündür səki saxlayıb. Əzilən sonuncu avtomobil Fransa səfirliyinə məxsus olub.
Hadisə şahidlərinin bildirdiyinə görə, sürücü bir dəqiqənin içində 8 avtomobili sanki qəsdən əzib. O, maşını gah irəli, gah da arxaya sürərək maşınları əzə-əzə hərəkət edirmiş. Son anda avtomobilin ön tərəfi səkiyə çırpıldığı üçün qabaq təkərlər qırılıb və sürücü maşından düşüb.
Bildirilir ki, həmin şəxs əvvəlcə qaçmağa çalışıb. Lakin polis əməkdaşları ayaq üstə güclə dayanan həmin şəxsi saxlayaraq bölməyə aparıblar. İlk araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən bu şəxsin özü də hüquq mühafizə orqanı əməkdaşıdır. Onun ucqar rayonlardan birinin icra başçısının qardaşı oğlu olduğu bildirilir. İdarə etdiyi avtomobil isə özünə yox, məhkəmə sistemində çalışan dostuna məxsus imiş.
Hazırda polis məsələ ilə bağlı araşdırma aparır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər