Jurnalist "Unibank"ı məhkəməyə verir
4-03-2015, 12:27
Oxunub: 6 762
Jurnalist Aynur Elgünəş "Unibank"ı məhkəməyə verəcək
Səbəb isə sözügüdən bankın Mərkəzi Bankın 21 fevral qərarından sonra atdığı anlaşılmaz addım olub.
BOLGEXEBER.COM xəbər verir ki, bu barədə jurnalist Facebook-da status yazıb. Onun statusunu olduğu kimi təqdim edirik:
""Unibank"ı məhkəməyə verməyə hazırlaşıram. Bankla aramızda bağladığımız müqaviləni pozmadığım, krediti vaxtında ödədiyim halda heç bir səbəb göstərilmədən "Albalı" kartlarım dondurulub. Səbəbini araşdırmaq məqsədilə dekabrın əvvəlində bankın mərkəzi ofisinə getdim, dinlədilər, dedilər ki, yazılı şəkildə müraciət edin, cavablandıraq. Elə ordaca informasiya sorğusu ilə müraciət etdim və qəbul şöbəsinə təqdim etdim. Lakin bu günə qədər sorğuma cavab ala bilməmişəm. Dəfələrlə bankın 117 saylı telefonuna zəng edib sorğuma cavab istəmişəm, hər dəfə də deyilir ki, narahat olmayın, cavablandırılacaq.
Görünür, "Unibank" rəhbərliyinin başı hələ oğlunun qumar masasından udduğu pulları saymağa qarışıb, ya da ümumiyyətlə, informasiya sorğusuna neçə gün ərzində cavab vermək gərəkdiyini bilmir. Belə düşünürəm ki, bunu ona məhkəmə ilə anlatsam, yaxşı olar.
Anlayıram, çoxuna bu, yel deyirmanı ilə vuruşmaq kimi görünəcək. Amma mən də "taleyin işidi" deyib razılaşanlardan deyiləm, vuruşmağı və tutduğunu qopartmağı sevirəm. Ona görə də tezliklə "Unibank"la məhkəmədə görüşəcəm. Hətta təklif edirəm ki, mənim kimi problemlə üzləşənlər banklara qarşı birləşək!".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər