“Pəhləvanlar” kafesindəki qadın alverinə niyə göz yumulur?
4-03-2015, 15:15
Oxunub: 7 853
Qabil Ramazanov və Gürcüstan vətəndaşı Sopio Pipia azyaşlı qızların cinsi istismara məruz qalmasına şərait yaradır
Mama-rozalıqla məşğul olan qadın Dövlət Miqrasiya Xidmətini necə aldadıb?
Paytaxtda və bölgələrdə əxlaqsızlıq yuvalarının sayı durmadan artır. Daxili İşlər Nazirliyinin aidiyyəti idarə və bölmələri tərəfindən qadınları fahişəliyə cəlb edən, əxlaqsızlıq yuvası saxlayan şəxs və ya şəxslərə qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, qadın ticarəti hələ də problem olaraq qalmaqdadır.
Bir müddət əvvəl Milli Məclisin deputatı Fazil Mustafa bu məsələyə toxunaraq bəzi hotellərdə əxlaqsızlıq yuvalarının təşkil olunduğunu bildirib: "Paytaxt Bakıda priton məkanların himayədarları var. Həmin hotellər hər hansı bir formada bu funksiyanı həyata keçirməməlidir. Polislər hotellərdə əxlaqsızlıq yuvaları aşkar edirsə, mütləq şəkildə Mədəniyyət və Turizm Nazirliyinə təqdimat verməlidir. Bundan sonra həmin hotellərin lisenziyası ləğv olunmalı və fəaliyyətləri qadağan edilməlidir. Belə fəaliyyətlə məğul olan hotellərin arxasında vəzifəli şəxslər durur. Həmin yüksək vəzifəli şəxslər belə hotellərə himayədarlıq edirlər. Bu himayədarlığın qarşısının alınmasının yeganə yolu qanunun tətbiqidir. Həmin hotellər yoxlanılmalı və lisenziyaları ləğv olunmalıdır". Fazil Mustafanın qabartdığı məsələdə həqiqət yükü çox böyükdür. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi bir sıra hotellərə və istirahət mərkəzlərinə lisenziya versə də, onların fəaliyyətini araşdırmır. Bu isə öz növbəsində müxtəlif problemlərin meydana çıxmasına səbəb olur. Xatırlayırsınızsa, qəzetimizin əvvəlki saylarında Saray qəsəbəsində yerləşən "Pəhləvanlar" kafesində cərəyan edən xoşagəlməz hadisələr və azyaşlı qızların zorla cinsi istismara məruz qoyulması haqda xəbər vermişdik. Lakin dəfələrlə yazmağımıza baxmayaraq, Qabil Ramazanova məxsus "Pəhləvanlar" kafesində törədilən cinayətlər və həmin cinayətlərin təşkilatçıları, iştirakçıları barədə bu günədək hüquq-mühafizə orqanları tərəfindən heç bir tədbir görülməyib. Əldə etdiyimiz son məlumatlara görə, fahişəxanaya çevrilən kafe fəaliyyətini hələ də davam etdirir: "Müştərilərin diqqətini cəlb etmək üçün əxlaqsızlıq yuvasına yeni fahişələr gətirilib. Onlara nəzarəti və müştərilərə satılmalarını isə mama-roza kimi fəaliyyət göstərən Gürcüstan vətəndaşı Sopio Pipia həyata keçirir. Qabil Ramazanov bütün bu işləri ona həvalə edib. Sopio Pipia açıq-aşkar şəkildə qanunsuz fəaliyyətlə məşğul olur, amma aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları onun əməllərinə göz yumurlar. Hətta Dövlət Miqrasiya Xidməti tərəfindən Sopionun Azərbaycanda yaşamasına və yeni-yeni cinayət əməlləri törətməsinə şərait yaradılır. Hansı ki, Sopio Pipia 2012-ci ildə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və ölkə hüdudlarından çıxarılaraq onun ölkəyə yenidən daxil olmasına 5 il məhdudiyyət qoyulmuşdu. Amma buna baxmayaraq, Sopio Pipia Gürcüstanda saxta yolla pasportunu dəyişmiş və başqa, yəni indiki soyadı ilə Azərbaycana qayıtmışdır. Onun əvvəlki soyadı Cavadova idi. Həmin soyadı Azərbaycanda yaşayarkən qanunsuz yollarla əldə edib". Məlumatda bildirilir ki, Sopio Pipia ilə restoranın sahibi Qabil Ramazanovun arasında bir neçə ay əvvəl qanunsuz yolla əldə edilmiş pulun bölünməsi üstündə narazılıq yaranıb: "Qabilin tapşırığına əsasən restoranın Ramil Şahməmmədov adlı sürücüsü Dövlət Miqrasiya Xidmətinə Sopionun Azərbaycana başqa pasportla gəlməsi barədə məlumat verib. Bundan sonra xidmətin əməkdaşları əxlaqsız qadını tutmaq üçün restorana gəliblər. Yenidən ölkədən çıxarılmasından ehtiyat edən Sopio restoranın sahibi Qabil Ramazanovun tələbi ilə razılaşıb və yaranmış problemi yoluna qoymağı bacarıb. Beləcə, kafenin sahibi xidmətin işçilərinə "hörmət" edib Sopionun Azərbaycanda qalmasına nail olub. Dövlət Miqrasiya Xidməti tərəfindən adıçəkilən mama-rozanın ölkəmizdən çıxarılması barədə qərarın qəbul olunmasına baxmayaraq, Qabil Ramazanovun səyi nəticəsində həmin qərar bu günədək icra edilməyib. Sopio Pipia hər gün saat 20 radələrində Ramil Şahməmmədovun maşını ilə Sumqayıt şəhərində kirayədə yaşadığı mənzildən kafeyə gətirilir. O kafedə gecədən səhərə kimi fahişəliklə məşğul olur, həmçinin digər qadınları da bu iyrənc işə alət edir. Nə Dövlət Miqrasiya Xidməti, nə də digər dövlət qurumları iki uşağını atıb Azərbaycanda fahişəliklə məşğul olan Sopio Pipianın qanundankənar hərəkətlərinin qarşısını alırlar. Görünür, onun arxasında Qabil Ramazanovdan başqa da kimlərsə dayanıb. Deyilənə görə, Qabil Ramazanov öz "fəaliyyətini" 2013-cü ildə Bakının mərkəzində də genişləndirməyə çalışıb. Bu məqsədlə o Sopio və köməkçisi Ramil Şahməmmədova lazımi tapşırıqlar verib. Ramillə Sopio Hökumət Evinin yaxınlığındakı binalardan birində ev kirayələyib. Bundan sonra isə "Sahil" metrostansiyasının yaxınlığında yerləşən barlardan birini işlətməyə başlayıblar. Lakin aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları barda əxlaqsızlıq yuvasının təşkil edildiyi xəbərini alaraq buranın fəaliyyətinə qadağa qoyublar. Həmin gündən Sopio Pipia mama-rozalığını və fahişəliyini yalnız "Pəhləvanlar" kafesində həyata keçirir". Gələn saylarımızda Qabil Ramazanovun Sopio Pipiadan və digər "işçilərindən" istifadə edərək hansı müştərilərindən və vəzifəli şəxslərdən şantaj you ilə pul, daşınan və daşınmaz əmlak, torpaq sahələri tələb etməsi barədə məlumat verməyə çalışacağıq. Ümid edirik ki, aidiyyəti hüquq-mühafizə orqanları yazdığımız məsələlərə biganə qalmayacaq və "Pəhləvanlar" kafesindəki əxlaqsızlıq yuvasını dağıdacaqlar.
Yazıda adıçəkilən şəxslərin də münasibətini dərc etməyə hazırıq.gundelik-baku
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər