BolgeXeber.Com » Ölkə » Sumqayıt Tibb Kollecində" tələbələrə qiymətlər razılaşma yolu ilə" yazılır ?

Sumqayıt Tibb Kollecində" tələbələrə qiymətlər razılaşma yolu ilə" yazılır ?

4-03-2015, 20:17
Oxunub: 7 695 Sumqayıt Tibb Kollecində" tələbələrə  qiymətlər razılaşma yolu ilə" yazılır ?Sonunu öz əli ilə qazan Rəfael Eyvazov

Bir cəmiyyətin formalaşması üçün onun təhsili, həmçinin səhiyyəsinin inkişaf etməsi, güclü olması olduqca vacib olan amillərdəndir ki, bu da hər kəsə bəllidir. Lakin təəssüflər olsun ki, bu gün bizdə nə təhsilimiz qənaətbəxşdir, nə də səhiyyəmiz. Təbii ki, bunu ilk olaraq daxil olan şikayətlərə, iradlara əsasən qeyd etmək olar. Məsələn, dəfələrlə olub ki, redaksiyamıza təhsil sahəsindəki nöqsanlar, problemlər daxil olub ki, bizlər də həmin problemləri işıqlandırmağa çalışmışıq. Həmçinin səhiyyəmizdə də, kifayət qədər nöqsanların olması qabarıq şəkildə gözə çarpır ki, bu da heç xoş olmayan bir durumdur.

Qeyd edək ki, bu gün səhiyyəmizin acınacaqlı durumda olduğu bir vaxtda peşəkar tibbi kadrların hazırlanmasına böyük ehtiyac yaranıb. Məsələn, əvvəl Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən adı dəyişdirilərək Sumqayıt Tibb Kolleci olan təhsil müəssisəsindən dəfələrlə həm mediada tənqidi yazılar dərc olunub, həm də redaksiyamıza da şikayətlər daxil olub ki, bizlər də siz oxucuların diqqətini çatdırmışıq. İlk öncə qeyd edək ki, bu gün Sumqayıt Tibb Kollecində müalicə işi, tibb bacısı işi, mamalıq işi, ortopedik stomatologiya və əczaçılıq ixtisasları üzrə tədris aparılır. Əgər təbii ki, buna tədris demək olarsa. Həmçinin kollecdə 15 tədris kabineti, 2 tədris laboratoriyası, kitabxana və qiraət zalı, yeməkxanaya malikdir. Kollecdə pediatriya, anatomiya, yoluxucu xəstəliklər, farmakologiya, mama və ginekologiya, cərrahiyyə, hərbi-tibbi hazırlıq kabinetləri fəaliyyət göstərir. Bilməyənlər üçün qeyd edək ki, kollecin direktoru Rəfael Eyvazovdur. Əldə edilən məlumatlara əsasən deyə bilərik ki, kollecin bugünkü durumda olmasının, orada baş alıb gedən qanunsuzluqları sırf Rəfael Eyvazovla əlaqələndirirlər. Kollec Sumqayıt şəhərində yerləşdiyindən, orada təhsil alan tələbələrin əksəriyyəti də, məhz Sumqayıt şəhərində yaşayır. Lakin Bakıdan sözügedən kollecdə təhsil alanlar da kifayət qədərdir. Amma burada bir məsələ var ki, həmin tələbələrin əksəriyyəti dərslərə heç gəlmirlər. Yəni Bakıdan hər gün Sumqayıta getmək əvəzinə, direktor Rəfael Eyvazova "hörmət" etməyi üstün tuturlar ki, dərslərə gəlməsinlər. Bu isə, təbii ki, direktora daha münasib variantdır. Axı hansısa tələbənin ona "hörmət" etməsi daha yaxşıdır, nəinki hər gün dərsə gəlməsi. Həmçinin tələbələr imtahan zamanı da incidilir. Yəni oxuyan, oxumayan heç bir fərq etmir. Heç bir tələbəyə qiymət yazılmır. Qiymət yalnız "razılaşma yolu ilə" yazılır ki, bu da təbii olaraq, tələbələrin etirazı ilə nəticələnir. Lakin bu duruma nə direktor, nə müavinləri, nə də müəllimlər əhəmiyyət vermir. Qeyd edək ki, Sumqayıt Tibb Kollecində bu kimi qanunsuzluqlar kifayət qədərdir. Yəni iş sadalananlarla bitmir. Rəfael Eyvazov kolleci sanki özəl müəssisəsi kimi idarə edir. O ürəyi istədiyi vaxt işə gəlir, gedir. Həmçinin özünə yaxın olan müəllimlərə də bu şəraiti yaradır. Direktorun qanunsuz əməllərinə etiraz edən müəllimlər isə "incidilir". Əldə edilən məlumatlara görə, dərslər müəllimlərə hər dərs ilinin başlanğıcında başqa şərtlərlə verilir. Kimlər pul vermirsə, işdən çıxarılmaqla hədələnir, yaxud da dərs yükləri azaldılır. Kimlər ki, direktoru "görür", dərs yükləri artıq yazılır və eyni zamanda həmin şəxslərə mükafatlar verilir. Yəni bir sözlə, sözügedən kollecdə kifayət qədər araşdırılmalı və həll edilməli problemlər var ki, səbirsizliklə gözlənilir. Lakin həmin problemlərin nə zaman aradan qaldırılacağı hələ ki, sual altındadır. Çünki artıq illərdir ki, Sumqayıt Tibb Kollecində vəziyyət eyni olaraq qalmaqdadır. Hətta edilən qanunsuzluqlar daha da artıb desək, yəqin ki, yanılmarıq.gundelik-baku