Gəncə Dövlət Universitetinin rektoru rektoru Elmar Vəliyevə qarşı
5-03-2015, 13:51
Oxunub: 8 291
Yusif Yusifzadə Gəncənin icra başçısının əleyhinə məlumatlar yaydırır
Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusifzadənin Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı kampaniya apardığına dair iddialar gündəmə gəlib. JAM.AZ xəbər verir ki, artıq bunu təsdiqləyəcək bir neçə dəlil də ortaya çıxıb.
Verilən məlumata görə, Yusif Yusifzadə onun haqqında mətbuatda çıxan məlumatların Elmar Vəliyev tərəfindən ötürüldüyündən şübhələnib. Daha sonra ətrafındakı adamları onu daha da qızışdıraraq, Gəncənin icra başçısının onunla yanaşı, həm də Maliyyə nazirinin müavini olan qardaşı Cavanşir Yusifovla da düşmənçilik edərək, onları nüfuzdan salmağa çalışdığına inandırıblar.
Jam.az xəbər verir ki, GDU-nun rektoru bu deyilənlərdən sonra Elmar Vəliyevlə üz-üzə gəlmədən, ona qarşı «mübarizə»yə başlayır. Və qısa müddətdə Gəncəbasarda nəşr olunan yerli qəzetlərdən birində icra başçısının əleyhinə olduqca ciddi ittihamlarla dolu yazı peyda olur. Lakin Yusif Yusifzadə burada bir məsələdə səhvə yol verir ki, həmin qəzetin bir səhifəsində özünün müsahibəsini verdirdiyi halda, digərində Elmar Vəliyevin əleyhinə məqalə yerləşditdirir.
Onu da bildirək ki, bu proses əyalət qəzetləri ilə yekunlaşmır. Həmçinin proses ölkənin nüfuzlu sayt və qəzetlərinə də sirayət edir. Hətta iş o yerə çatır ki, rektor Gəncənin icra başçısının özü ilə yanaşı, oğlu ilə də bağlı məlumatların dövriyyəyə buraxılmasına yardımçı olur. Vəziyyətdən xəbərdar olan Elmar Vəliyevin uzunmüddətdir susqun dayanmasının səbəbi məlum deyil. Ehtimal olunur ki, Vəliyev hücum ərəfəsindədir və onun atacağı addım Yusif Yusifzadənin karyerasının sonunu gətirəcək.
Bu əsnada, GDU-da çox qəribə hadisələrin də baş verdiyi vurğulanır. Daxil olan məlumatlara görə, Yusif Yusifzadə bu yaxınlarda Antaliyada səfərdə olarkən qəfil Gəncəyə qayıdıb. Hələlik məsələnin səbəbləri məlum deyil.
Tərəfləri də dinləməyə hazırıq.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər