ARAZ Marketdən ŞOK maxinasiyası-FOTOLAR
5-03-2015, 16:54
Oxunub: 8 290
Üzərində 1.75 azn olaraq yazılan uşaq üçün corab kassa aparatında 2.95 AZN kimi göstərilib
İstehlak bazarında süni qıtlıq yaradılması, eləcə də əsassız qiymət artımı, istehlakçıların qiymətdə və çəkidə aldadılması hallarının qarşısının alınması məqsədilə Antiinhisar Siyasət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.
Dövlət Xidməti tərəfindən aparılan yoxlamalar zamanı Binəqədi rayonu, S.Məmmədov küçəsi, 205B ünvanında Şakir Ağayevə məxsus “Sarı” marketdə və Abşeron rayonu, Fatmayı qəsəbəsində Aydın Əliyevə məxsus “Dəniz” marketdə malların yarlığında göstərilən qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.
LAKİN GÖRÜNÜR BU ADDIMLAR BƏZİ MARKETLƏRİ O QƏDƏR DƏ NARAHAT ETMİR.
Redaksiyaya paytaxda məşhur olan ARAZ Supermarketlər şəbəkəsi ilə bağlı ilginc məlumat daxil olub. Məlumatda qeyd olunur ki, malların yarlığında göstərilən qiymətləri ilə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında ciddi fərq var. Bəzi malların qiyməti kassa aparatında iki dəfə artıq şəkildə müştəriyə ödətdirilir. Məlumata bu faktı təsdiqləyən fotolar da əlavə edilib. Fotolardan da aydın görünür ki, məhsulun üzərində olan qiymətlə kassa aparatının avtomatik təyin etdiyi qiymət arasında ciddi fərq var var. Belə ki, üzərində 1.75 azn olaraq yazılan uşaq üçün corab kassa aparatında 2.95 AZN kimi göstərilib. Bundan başqa satıcının 3.7 azn dediyi corab 5.95 azn kimi müştəriyə satılmışdır. Gördüyünüz kimi fərq kifayət qədər çoxdur.
Biz də öz növbəmizdə vətəndaşları daha diqqətli olmağa çağırır, belə hallarla rastlaşacaqları təqdirdə müvafiq qurumların qaynar xəttinə müraciət etmələrini tövsiyyə edirik.
Qarşı tərəfin fikrini dərc etməyə hazırıq.
Xeber1.az

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər