BolgeXeber.Com » Ölkə » Daşkəsəndə Qoşuna tapşırılan poçt işi niyə axsayır?

Daşkəsəndə Qoşuna tapşırılan poçt işi niyə axsayır?

6-03-2015, 10:46
Oxunub: 4 657 Daşkəsəndə Qoşuna tapşırılan poçt işi niyə axsayır?Daşkəsəndə poçt rabitəsi işləmir

Redaksiyamıza daxil olan məlumatlarda Daşkəsən rayon poçtamtının fəaliyyətindən doğan şikayətlər öz əksini apmaqdadır. Daha dəqiq desək, mənbələrin iddialarına görə məhz poçtamtın müdiri Qoşun müəllimin öz işində yol verdiyi ciddi qanun pozuntuları yerli sakinlərin ciddi narazılıqlarına səbəb olur. Məlumatlarda bildirilir ki, Qoşun müəllim rəhbərlik etdiyi müəssisədə yolverilməz iş üsullarını tətbiq etməkdədir. Bu üsulların mahiyyəti isə son nəticədə “uzaqdan idarəetmə” prinsiplərinə bağlıdır. Bunun nəticəsində isə poçtamtda idarə müdirinə faktiki olaraq ehtiyac belə qalmamışdır. Elə bu səbəbdən də sutkanın istənilən saatında Qoşun müəllimi iş yerində görmək demək olar ki, qeyri mümkündür. Lakin buna baxmayaraq idarə özü-özlüyündə “normal” işinə davam edir. Qeyd edək ki, bu gün Daşkəsən rayonunda 15 poçt müəssiəsi fəaliyyət göstərir. Həmçinin son vaxtlar Daşkəsən rayonunda kəndlərdə əhaliyə göstərilən poçt və rabitə xidməti səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Ötən illər ərzində rayonun Dəstəfur, Quşçu və Əmirvar kəndlərində yeni poçt binaları inşa edilərək istifadəyə verilib. Zəylik və Əhmədli kəndlərində yeni poçt binalarının tikintisi də bir müddət əvvəl başa çatdırılıb. Lakin bütün bu tədbirlərdə Qoşun müəllimin şəxsən nə dərəcədə iştirakı olduğu barədə fikir yürütmək olduqca çətindir. Çünki rayondakı mənbələr bu məmurun daha çox başqa sahəyə maraq göstərdiyini iddia edirlər.Məlum olduğu kimi son illər rabitə texnologiyalarının inkişafı, xüsusilə internet rabitə vasitələrinin geniş yayılması ənənəvi poçt xidmətlərinin əhəmiyyətini bir qədər azaltmışdır. Bununla belə bu xidmət hələ də strateji sahə olaraq öz aktuallığını qoruyub saxlayır. Digər tərəfdən isə məhz rayonlarımızda keyfiyyətli poçt xidmətlərinə olan ehtiyac özünü daha qabarıq formada büruzə verir. Buna görə də bölgələrimizdə fəaliyyət göstərən poçt müəssisələrinə rəhbərlik edən şəxslərin seçimi də olduqca ciddi formada aparılmalıdır. Təəssüflər olsun ki, bu gün Daşkəsəndə poçt rabitəsinin etibarlı əllərə tapşırıldığını söyləməyə heç bir əsasımız yoxdur. Aldığımız məlumatlarda bildirilir ki, Daşkəsən rayon poçtamtının müdiri az-çox görülən işlər barədə ümumi təsəvvürü belə öz tabeliyində olan əməkdaşların hesabatlarından alır. Dövlət işində üzərinə düşən vəzifələrin icrasına həsr etməli olduğu saatları isə, Qoşun müəllim öz dostları ilə birgə, rayonun səfalı guşələrində yerləşən istirahət və əyləncə məkanlarında keçirir. Müxtəlif problemlərin həlli üçün onun qəbuluna düşmək istəyən vətəndaşlar isə əziyyət çəkməli, qəbul otağında uzun-uzadı gözləməli, bəzən isə öz sözlərini demək üçün hətta bütün rayonu gəzməli olurlar. İkinci bir tərəfdən isə, aldığımız açıqlamalarda Qoşun müəllimin öz şəxsi həyatında da ümumi qəbul olunmuş əxlaq normalarına əməl etməyə qətiyyən meyilli olmadığı bildirilir. Qeyd olunur ki, Qoşun müəllimin iş yerində nadir hallarda tapılmasının bir səbəbi də məhz onun tez-tez müxtəlif eyş-işrət məclislərinə qatılmasıdır.Biz ötən yazılarımızda da vurğulamışdıq ki, respublikanın rayon və şəhərlərində vətəndaşlara keyfiyyətli xidmət göstərmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində bir sıra mütərəqqi islahatlar həyata keçirilməkdədir. Lakin, göründüyü kimi nazirliyin tabeliyində olan bəzi struktur bölmə rəhbərlərinin səriştəsizliyi, yol verilən özbaşınalıqlar və korrupsiya halları bu sahədə hələ ki, təcili həllini gözləyən ciddi problemlərin olduğuna dəlalət edir. Bu baxımdan Daşkəsən rayon poçtamtının fəaliyyətinin nazirlik tərəfindən obyektiv araşdırılması da bir çox neqativ halların aradan götürülməsinə səbəb ola bilər.bizimdovr.az