BolgeXeber.Com » Ölkə » Çin Kargo Terminalında sahibkarlar aldadılır

Çin Kargo Terminalında sahibkarlar aldadılır

9-03-2015, 16:40
Oxunub: 16 071 Çin Kargo Terminalında sahibkarlar aldadılırMalların həcmi terminalın əməkdaşları tərəfindən süni şəkildə şişirdilir

Məlum olduğu kimi bu gün Azərbaycan iqtisadiyyatının inkişafı baxımından xarici ticarət əlaqələrinin böyük əhəmiyyəti vardır. O cümlədən idxal-ixrac əməliyyatlarının həcminin artması istehlak bazarında sağlam rəqabətin güclənməsinə və deməli qiymətlərin də aşağı düşməsinə zəmin yaradır. Bu isə öz növbəsində əhalinin maraqlarına tam uyğundur. Lakin idxal-ixrac əməliyyatları həm də oliqarx məmurların, inhisarçıların hər zaman diqqət mərkəzində saxladıqları sahədir. Bir tərəfdən Azərbaycanın gömrük sistemində son vaxtlar formalaşmış xüsusi vəziyyət bu sahədən külli-miqdarda qeyri-rəsmi gəlirlərin əldə olunmasına şərait yaradır. Digər tərəfdən isə, məhz idxal-ixrac əməliyyatları ilə olunan manipulyasiyalar bu və ya digər sahəni öz inhisarına almış maqnatların maraqlarının gözlənməsini təmin edir. Əbəs yerə deyildir ki, istər xarici, istərsə də yerli iş adamlarının son vaxtlar ölkə prezidentinə ən çox şikayət etdikləri məmurların başında məhz gömrükçülər gəlir. Lakin gömrükdə gedən proseslərdən danışarkən belə bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, hazırda bu qurumun bəzi funksiyalarının ayrı-ayrı inhisarçıların maraqlarını ifadə edən başqa qurumlar tərəfindən də həyata keçirilməsi, mövcud problemləri bir qədər də dərinləşdirir. Eyni zamanda da gömrükdən keçən bütün yükdaşımalara, yəni karqo biznesinə nəzarət sistemi də orta və kiçik sahibkarlara əlavə problemlər yaşatmaqdadır. Bu xüsusda aldığımız məlumatlarda Çin Kargo Terminalında kiçik bizneslə məşğul olan vətəndaşlarımızın ciddi problemlərlə üzləşməli olduqları bildirilir. Vurğulanır ki, paytaxtda fəaliyyət göstərən “Binə” və “Sədərək” ticarət mərkəzlərində çalışan minlərlə insan ölkəyə gətirilən və ayrı-ayrı vətəndaşlara məxsus malların bu terminaldan keçdikdən sonra hər dəfə əskik çıxdığını təsdiqləyirlər. Bu da məlumdur ki, malların terminaldan keçidinə Çin Kargo Terminalın rəhbəri olan Şamil müəllimin kürəkəni Ramin nəzarət edir. Eyni zamanda da bu terminalda idxal olunan malların həcmi hər dəfə terminalın əməkdaşları tərəfindən süni şəkildə 50-70% şişirdilərək, bu bəhanə ilə də sahibkarlardan artıq pul alınır. Bu manipulyasiyalar isə Çin Karqo Terminalın rəhbərliyinə davamlı olaraq külli-miqdarda pullar qazandırır. Mövzuya dair dərc etdiyimiz ötən materiallarda da biz artıq qeyd etmişdik ki, Çin Kargo Terminalın rəhbəri Şamil müəllim Bakının bir çox ərazilərində inşa olunmuş çoxmərtəbəli yeni tikili binaların sahibidir. Mənbələrin verdikləri məlumatlara görə isə son günlər Çin Karqo Terminalda dolların kursunun qalxması ilə bağlı bir ajiotaj yaşanmaqdadır. Belə ki, terminalın əməkdaşları hələ gözlənilən bahalaşmanı da qabaqlayaraq, artıq sahibkarlardan yığılan rüsumların məbləğini qaldırmağa başlayıblar...bizimdovr.az