BolgeXeber.Com » Ölkə » Generalın qardaşının tikdirdiyi evlər sökülür-FOTOLAR

Generalın qardaşının tikdirdiyi evlər sökülür-FOTOLAR

10-03-2015, 12:27
Oxunub: 5 671 Generalın qardaşının tikdirdiyi evlər sökülür-FOTOLARXeyli vətəndaş Əli Nağıyevin yaxınlarının yalan vədlərinin güdazına gedib; “Motodrom” tərəfdə inşa olunmuş fərdi yaşayış evləri kompensasiya ödənmədən yerlə yeksan edilir

“Avtovağzal” metro stansiyası, Bakı Atıcılıq Mərkəzi və Bakı-Quba yolunun genişləndirilməsi ərazidə evlərin sökülməsi, yaşıllıqların kəsilməsi ilə müşayiət olunur; əməkdaşımız Avropa Oyunlarında atıcılıq keçiriləcək kompleksdən yazır

Bir vaxtlar “Motodrom” adlanan yaşayış massivinin indi yalnız adı qalıb. Vaxtilə müxalifətin mitinqləri təşkil olunan sahədə hazırda müxtəlif layihələr həyata keçirilməkdədir.

Odur ki, bəzilərindən “Motodrom” soruşanda belə tanımırlar. Çünki bu ərazi Bakı avtovağzalı kimi tanınmaqdadır.

Massiv artıq nəinki avtovağzal, o cümlədən “Avtovağzal” metro stansiyası, depo tikintisi, habelə Bakı Dairəvi-1 yolunun çəkilişi üçün meydançaya çevrilib. Bütün bu layihələr isə öz növbəsində “Motodrom”dakı tikililərin də sökülməsi ilə nəticələnir.

Üstəlik, Avropa Oyunları ilə əlaqədar Bakı Atıcılıq Mərkəzinin bu sahədə inşa olunması yeni bir strateji əhəmiyyətli yeri formalaşdırıb. Ötən gün sözügedən ərazidə görülən işlər və sökülən evlərin aqibəti ilə tanış olarkən öyrəndik ki, elə martın 9-da prezidenti İlham Əliyev, xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri Bakı Atıcılıq Mərkəzinin açılışında iştirak ediblər.

Gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına mərkəz haqda məlumat verib. Mərkəz idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün nəzərdə tutulub.

Mərkəzin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb. Mərkəzdə idmançılar və məşqçilər, həmçinin qonaqlar üçün mehmanxana binası da inşa edilib. Kompleksin yaradılması “Bakı-2015" ilk Avropa Oyunları zamanı idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların keçirilməsinə imkan verəcək.

Evlər sökülüb, pulu isə...

“Motodrom”da görülən digər işlər isə lap əvvəldən başlanılıb. “Azəryolservis” ASC və “Bakı Metropoliteni” QSC nümayəndələri buradakı bəzi evlərin və həyətlərin ərazisini ölçüblər. Sakinlərə deyiblər ki, ölçülmüş evlər söküləcək.

Üstəlik, söküləcək evlərə görə nağd pulun veriləcəyi, yaxud sakinlərin başqa ərazilərə köçürüləcəyi barədə də heç bir informasiya verilməyib. Odur ki, mülk sahibləri nigaran qalıb.
Məqsəd Bakı - Rusiya magistral avtomobil yolunun üstündəki yolötürücüsünün altında yeni yolötürücülər tikmək olub. Ərazidə “Körpü-Bina Tikinti” MMC-nin texnikaları tərəfindən qazıntı işləri aparılıb. Biz ərazidə olarkən artıq xeyli işin görülməsinin şahidi olduq. “Motodrom”la Xocasən arasında üçmərtəbəli bina köçürülüb.

Sökülən binanın yerində metronun elektrik deposu tikilir. Elektrik deposuna qatarların hərəkəti üçün metronun “Avtovağzal” stansiyasından Xosasən qəsəbəsinədək mənzil-keçid funksiyalı yeraltı tunelin tikilməsinə başlanıb. Onu da öyrənirik ki, evləri sökülənlər ərazidən köçürülüb. Məcburi köçkün olanlara “Qaçqınkom” tərəfindən mənzil verilib, başqalarına isə kvadratına 1200 manatdan kompensasiya ödənildiyi bildirilir.

Şahidi oluruq ki, Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi başa çatmaq üzrədir. Artıq tikinti prosesi “Motodrom”un kənarında davam etdirilir. Artıq avtovağzaldan “20 Yanvar” istiqamətində yerləşən şam ağaclarından ibarət meşəlik zonası da bu layihəyə qurban verilir. Ərazidə yaşıllıqlar kəsilir.

Sökülən evləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini general Əli Nağıyevin yaxınlarının tikdiyi deyilir. Bu məlumatı həmin ərazidən fərdi yaşayış evləri almış sakinlər “Yeni Müsavat”a veriblər. Onların sözlərinə görə, tikinti işlərinə generalın qardaşı Vəli Nağıyev rəhbərlik edir. O, bu işləri Azər adlı yaxın adamının əli ilə görüb. Sakinlərin redaksiyamıza verdikləri məlumata görə, Vəli Nağıyev və Azər (soyadını dəqiqləşdirə bilmədik-red.) ev alan insanları arxayın salıblar ki evlər sökülməyəcək. Sökülsə də kompensasiya alacaqlar. Amma göründüyü kimi, Nağıyevlər və onların ətrafı sadəcə insanlara quru vəd veriblərmiş.

Meşəlik səhraya çevrilir

Nəzərə alsaq ki, genişləndirilməkdə olan yol həmin meşəlikdən keçəcək, onda ümumiyyətlə yaşıllıq qalmayacağını söyləmək olar. Amma yolun genişləndirilməsi “Motodrom”da yaşayanların və evi sökülməyənlərin nəqliyyat vasitələrindən sərbəst istifadə etməsini asanlaşdıracaq.

Kəsəsi, “Motodrom”un üç layihənin reallaşdırılması nəticəsində xəritədə yalnız adı qalıb- “Avtovağzal” stansiyası, Atıcılıq Mərkəzi və Bakı-Quba yolunun genişləndirilməsi.
Xatırladaq ki, “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev də bu haqda danışmışdı. Bildirmişdi ki, Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun “Avtovağzal dairəsi” adlanan ərazisinin “Bakı Dairəvi-1" avtomobil yoluna birləşdirilməsi məqsədilə yeni yol tikilir.

Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri, habelə Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan sərhədi, Ələt-Astara-İran sərhədi və Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar Bakı-Sumqayıt yoluna daxil olmadan Respublika Stend Atıcılığı İdman Kompleksinə və “Bakı Dairəvi-1" avtomobil yoluna maneəsiz çıxa biləcəklər.musavat.com

http:Generalın qardaşının tikdirdiyi evlər sökülür-FOTOLAR
Generalın qardaşının tikdirdiyi evlər sökülür-FOTOLAR
Generalın qardaşının tikdirdiyi evlər sökülür-FOTOLAR
Generalın qardaşının tikdirdiyi evlər sökülür-FOTOLAR
Generalın qardaşının tikdirdiyi evlər sökülür-FOTOLAR
Generalın qardaşının tikdirdiyi evlər sökülür-FOTOLAR
Generalın qardaşının tikdirdiyi evlər sökülür-FOTOLAR
Generalın qardaşının tikdirdiyi evlər sökülür-FOTOLAR