"Azərsun" bununla nəyə nail olacaq? - Şirkətə qarşı ilginc iddia
11-03-2015, 09:37
Oxunub: 6 647
Son zamanlar ölkə daxilində bir sıra marketlərdə süni şəkildə qiymətlərin artırılması tendensiyası müşahidə edilməkdədir
Maraqlıdır ki, ölkəyə idxal edilən malların qiymətlərinin artırılmasına qarşı mübarizə aparıldığı halda, daxildə, yerli istehsalla məşğul olan iri inhisarçı şirkətlər də qiymətləri artırırlar. Bəzən isə qiymətləri artıra bilməyən şirkətlər ümumiyyətlə marketlərə mal verilməsi məsələsində xəsislik edir, hətta bundan imtina da edirlər. Gundeminfo.az-a müraciət edən vətəndaşlar bildirir ki, «Azərsun» Holdinqin yerli istehsalı olan «Bizim Tarla»nın məhsulları sürətlə marketlərdən yoxa çıxır. Müraciət edən vətəndaşlar deyir ki, marketlərdə tapılan mallar çeşidi isə dəyişdirilir. Burada da çox ilginc üsuldan istifadə olunur. Məsələn daha yeni istehsal edilmiş və üzərində yeni istehsal tarixi olan mallar yığışdırılır. Əvəzində isə marketlərə anbarlarda yığılıb qalmış və üzərində istifadə müddətinin başa çatmasına cəmi 1 ay və ya bundan da az vaxt qaldığı yazılan mallar satışa çıxarılır. Məlumatlara əsasən Azərbaycanın ərzaq bazarında əsas aparıcı şirkətə çevrilmiş «Azərsun» Holdinq bu üsulla anbarındakı bütün köhnə mallarını satışa çıxarır və indiki vəziyyətdən sui-istifadə edir.
Məlumatlara əsasən bu şirkətin marketlərdəki mallarının dəyişdirilməsi və ya ümumiyyətlə yığışdırılması halları ilə bağlı artıq müvafiq olaraq vətəndaşlar dövlət qurumlarına müraciətlər də ediblər. Lakin müraciətlərin nə zaman öz həllini tapacağı bəlli deyil.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakıda «Azərsun» a məxsus olan «Azərsüd» məhsulu ilə bağlı da müəmmalı məqam ortaya çıxmışdı. Satışhda olan qablaşdırılmış südün içindən şüşə qırıqları çıxmışdı. Hər halda bu yuxarıda qeyd etdiyimiz kimi dükanlardan yeni malların yığışdırılaraq, daha az istifadə müddəti qalan və ya istifadəyə yararsız olan malların satışa çıxarılması faktının üzərinə həqiqət yükü salır.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər