BolgeXeber.Com » Ölkə » Bakcell müştəriləri necə aldadır?

Bakcell müştəriləri necə aldadır?

12-03-2015, 10:14
Oxunub: 6 895 Bakcell müştəriləri necə aldadır?Ölkədə fəaliyyət göstərən bəzi mobil operatorların abonentləri aldatması, bahalı tarif siyasəti yeritməsi adi hala çevrilib

Bir çox hallarda operatorlar daha çox pul qazanmaq üçün saxta endirimlərlə müştəriləri narahat edirlər. Daha çox şikayətlərin eşidildiyi, ölkənin ikinci böyük mobil operatoru olan “Bakcell”dir. Hansı ki, bu şirkət internet trafiklərində, tarif paketlərində, kontur yüklənməsində abunəçilərinin cibinə “mahir cibgir” kimi girir. Məsələn, Fezullayev Bəhruz Əlniyaz oğlunu aldatdığı kimi... Azad İstehakçılar Birliyinə bununla bağlı şikayət edən Bəhruz Feyzullayev bildirir ki, ötən ilin dekabrında Nərimanov rayonu ərazisində H. Əliyev küçəsi 96 ünvanında yerləşən aptekdə özünü Bakcell LTD MMC –nin satış nümayənədəsi kimi təqdim edən Sənan adlı şəxs tərəfindən ona 3 ədəd 055 perfeksli GOLD nömrələr təklif olunub. Şikayətçi qeyd edir ki, Sənan adlı şəxs nömrələrə görə heç bir xidmət haqqının ödənməli olmadığını deyib: “Gold nömrələr Sizə pulsuz olaraq təqdim olunur, yəni heç bir ödəniş tələb olunmur. Bu nömrələr hal-hazırda deaktivdir, nömrələrin aktiv olunması üçün Siz minimum bir (1) AZN Azərbaycan manatı balansınıza yükləməlisiniz və nömrələr yalnız bundan sonra aktivləşdiriləcək.”



B. Feyzullayev deyir ki, eyni zamanda satış nümayəndəsi bildirib ki, nömrə aktiv olunduğu müddətdən etibarən bir ay ərzində balansa 25 AZN yükləməklə həmin ay üçün ölkədaxli bütün istiqamətlərə limitsiz danışıq haqqı əldə edəcəm: “Satış nümayəndəsi onu da dedi ki, ayın sonuna qədər balansa 25 AZN yükləməsəm nömrəm deaktiv olacaq və yükləyəcəyim halda isə ayın sonunda balans sıfırlanacaq və yeni ay üçün də eyni şərtlər qüvvədə olacaq. Yəni nömrələrdə öncədən pul ödəyib danışmaq olar.” Abunəçi satış nümayəndəsinin səsləndirdiyi təkliflərlə razılaşıb və 3 ədəd Gold nömrə alıb. ( 055 215 98 24, 055 215 96 24, 055 215 96 23)


Əsas məsələ elə bundan sonra başlayıb. Belə ki, abunəçi 215-98-24 nömrəsinin balansına 1 AZN yükləyib və istifadə etməyə başlayıb. Şikayətçi onu da qeyd edib ki, satış nümayəndəsi ona digər 2 nömrəni istifadə etmədiyi təqdirdə deaktiv olacağını və bu nömrələrə abunə haqqı yazılmayacağını bildirib: “Bir ay ərzində istifadə etdiyim 055 215 98 24 saylı nömrəyə 10 AZN dəyərində balans yüklədim, bu məbləğ tələb olunan 25 AZN-i ödəmədiyi ücün nömrəm 01.02.2015 tarixində bir tərəfli qaydada bağlandı. Baxmayaraq ki, 10 AZN ödəniş etmişdim və 15 AZN borcum qalmalı idi. Həmin tarixdə 055 215 98 24 saylı nömrəyə 1 AZN dəyərində balans yüklədim. Nömrə aktivləşən kimi telefonuma 52 AZN borcum olduğu ilə bağlı mesaj gəldi.”


Şikayətçi satış nümayəndəsinin ona verdiyi telefon nömrəsinə zəng vurub və artıq Sənan adlı şəxsin Bakcelldə işləmədiyini öyrənib: “Mən nömrəmə 52 AZN borc yazıldığını dedim və səbəbini soruşdum. Halbuki, Bakcellin satış nümayəndəsi mənə ölkədaxili hər tərəfə limitsiz danışa biləcəyimi söyləmişdi. Bu şəxsə Gold nomrələr haqqında əməkdaşın (Sənan) verdiyi məlumatları ona dedikdə mənə səhv məlumat verildiyini və hətta işlək olmayan digər iki nömrəmə də adıma qeydiyyat olunduğu müddətdən bu günə qədər olan zaman kəsiyində borc yazıldığını bildirdi. 09.02.2015-ci il tarixində Bakcellin Sahil metrosu yaxınlığında olan GOLD servisinə yaxınlaşaraq, Fariz adlı şəxsə yazılı şəkildə şikayətimi bildirdim. O, isə mənə həmin gündən borclar dondurulacağını dedi və sözlərinə onu da əlavə etdi ki, əlavə borc da hesablanmayacaq.”
Amma abunəçi bu günə qədər Bakcelldən heç bir cavab almadığını vurğulayaraq qeyd edir ki, nömrələrə hesablanan borclar artmaqda davam edir: “Heç istifadə etmədiyim halda 06.03.2015 tarixə 055 215 96 24 və 055 215 96 23 saylı nömrələrin hər birinə 77.42 AZN borc yazılıb. Mən isə ancaq 055-215 98 24 saylı nömrəni cəmi 1 ay istifadə etmişəm.”

Abunəşi bildirir ki, işlətmədiyi nömrələrə yazılan154.84 AZN və aktiv nömrəyə hesablanmış 25 AZN mənbləğində borcun heç bir əsası yoxdur. O, vətəndaşları Bakcellin fırıldağına aldanmamağa da çağırıb. Əslində bu, bir abunəçinin etirazıdır. Amma bu kimi şikayətlər əslində çoxdur. “Bakcell”in qiymət siyasətinə nəzər yetirdikdə də hərc-mərcliyi açıq aydın görmək olur.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı Bakcell-i müştərilərin şikayətlərinə biganə yanaşmaqda günahlandırdı:“Bakcell ümumiyyətlə, istehlakçı hüuqularına tam biganədir. Onların 498 94 44, 498 89 89, 055 0000555 və s. nömrələri ya cavab vermir və ya əhəmiyyətsiz cavab verirlər.”

Analitik.az