"Bəhrə” şirkəti 3 aydır işçilərinə əmək haqqı verə bilmir
12-03-2015, 17:01
Oxunub: 6 555
“Bəhrə” də işçilər üç aydır maaşlarını ala bilmir
Azərbaycanda qənnadı məhsullarının istehsalı və satışı ilə məşğul olan “Bəhrə” şirkətində işçilər üç aydır maaşlarını ala bilmir. Bununla bağlı informasiya Bizimxeber.az-a şirkət daxilindəki mənbələrdən daxil olub. Mənbənin sözlərinə görə, şirkətin sahibi Niftalı Hüseynova və onun rəsmi olaraq şirkətə rəhbərlik edən direktoru Hikmət Hüseynova müraciət edən işçilərə “Pul yoxdur, olanda verəcəyik” cavabı verilir.
Bir qrup işçinin buna etiraz olaraq müvafiq qurumlara şikayət edəcəyi gözlənilir. Bunun baş verməməsi üçün şirkət rəhbərliyinin işçilərlə danışıq apardığı, onlarla əmək müqaviləsini pozduğu da söylənilənlər arasındadır: “Onsuz da şirkətin əksər işçiləri əmək müqaviləsi olmadan fəaliyyət göstərir. Çox az sayda işçi var ki, onlarla əmək müqaviləsi imzalanıb. Həmin işçilərin də məvacibləri real gəlirlərindən bir neçə dəfə az, 100 manat göstərilib. Şirkət rəhbərliyi hazırda əmək müqaviləsi imzaladığı azsaylı işçilərlə də əmək müqaviləsini pozur. Buna səbəb şirkətin onlarla məhkəmədə üz-üzə gəlməmək istəyidir”.
Xatırladaq ki, “Bəhrə” şirkəti 2006-cı ildən fəaliyyətə başlayıb. Buna qədər kiçik sex kimi fəaliyyət göstərən şirkət 2006-cı ildə öz əhatə dairəsini genişləndirib və ölkənin aparıcı biskvit zavodarı sırasında yer alır.
“Rulemax”, “Vitex”, “Surprise” və digər məhsullarla bazarda olan “Bəhrə” həm də paytaxtdakı supermarketlərdə satışa çıxarılan “Azun” şirniyyatlarını istehsal edir.
Bir neçə il öncə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən cərimələnən şirkət nəinki paytaxtda, regionlarda da böyük satış şəbəkəsini yarada bilib.
Qarşı tərəfin mövqeyi olarsa, dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər