BolgeXeber.Com » Ölkə » Femina Xəz Dəri Mağazası müştərilərin cibinə ziyan vurur

Femina Xəz Dəri Mağazası müştərilərin cibinə ziyan vurur

12-03-2015, 18:59
Oxunub: 5 683 Femina Xəz Dəri Mağazası müştərilərin cibinə ziyan vururAzərbaycanda Çin mallarını bahalı brend adı altında satanlar kimlərdir?

Son zamanlar ölkəmizdə xəz dəri məhsulları satan mağazaların sayı həddindən artıq çoxalıb. Hətta insanların da bu xəz dəri məmulatlarına marağı artıb. Amma ölkəmizdə xəz dəri məhsulları adı altında keyfiyyətsiz məhsular satışdadır.

Çox təəssüf ki, bu cür keyfiyyətsiz mallarla insanların sağlamlığına, eyni zamanda cibinə ziyan vururlar. Dəfələrlə mediada xəz dəri mağazalarında müştərilərin aldadılması barədə informasiyalar getsə də, istehlakçılar hələ də adıçəkilən mağazalara inanmaqda davam edirlər. Və yollarını tez-tez həmin mağazalardan salırlar. Çox təəssüf ki, hər gün yüzlərlə istehlakçı bu cür fırıldaqçıların qurbanına çevrilirlər. “Femina” xəz dəri mağazasında həddindən artıq baha və eyni zamanda keyfiyyətsiz məhsullar müştərilərə sırınır. Müştərilər isə hüquqlarını bilmədiklərinə görə asanlıqla belə işbazların toruna düşürlər.

Aparılan araşdırmalar göstərir ki, bu gün Azərbaycana Çindən xəz-dəri məmulatları gətirən və onu yunan malı kimi çox baha qiymətə müştərilərə təqdim edən şəbəkə mövcuddur. Bu qalmaqalda adı hallandırılan müəssisələrdən biri isə “Femina” xəz-dəri qalereyasıdır.

Belə ki, Yunanıstan istehsalı kimi təqdim edilən “Femina” xəz-dəri geyimləri, əslində, Çin istehsalı imiş. İstehlakçıların aldadılmasından isə “Femina” son 4-5 ayda milyonlarla gəlir əldə edib.

Saxta və keyfiyyətsiz xəzlər satan “Femina” xəz-dəri mağazası ictimaiyyətə geniş şəkildə reklam edildiyindən, buranın müştərilərinin sayının əvvəllər çox olduğu bildirilir. Amma artıq müştərilərin aldıqlarının əslində Çin malıolmasına əminliyindən sonra mağazanın satışında da ciddi axsamaların müşahidə olunduğu bildirilir. Məsələ bundadır ki, artıq xeyli zamandır müəyyən texnologiyalara yiyələnmiş Çin istehsalçıları yüksək keyfiyyətli Avropa mallarını imitasiya edə bilirlər. Hətta “copy-paste” elə peşəkar səviyyədə reallaşdırılır ki, bəzən mütəxəssislər özləri də saxta malıorijinaldan ayıra bilmirlər. Çarə qalır laborator müayinəyə. O da harda görünüb ki, dükan alıcı ilə razılaşıb malını müayinəyə göndərib, sonra satsın? Məhz bütün bunlar “Femina”nı o qədər arxayınlaşdırıb ki, şirkət “İtaliya, İspaniya xəzləri” adı altında Çin məhsullarını od qiymətinə satmaqdan çəkinmir. Son iki ildə soyuq hava şəraiti Avropa brendləri kimi təqdim olunan kürklər və gödəkçələr üçün əsl imtahana çevrilib. Bundan başqa endirim kampaniyası adı altında da müştəriləri aldadırlar. Məhsulun qayiməsindəki qiymət həm də onun keyfiyyətini özündə əks etdirir. “Femina” xəzlərinin əsl qiymətləri endirim kampaniyaları zamanı ortaya çıxır. İstehlakçının bir zamanlar qiymətinə görə qarşısından belə keçə bilmədiyi dəyərli xəz kürklər 50 faiz endirimlə, yəni yarı qiymətə təklif olunur. Sizcə, hansı sahibkar öz cibinə bu qədər ziyan edər? Hər kəs bilir ki, bizim ölkədə endirim kampaniyaları sahibkarın aldığı malı10-20 faiz bahasına (adi halda bu rəqəm 60-70 faiz təşkil edir ) satmasına xidmət edir. Xəz-dəri kimi bahalı geymlərdə isə qazanc hədəfləri daha yüksək olur. Odur ki, alıcılar xəz dəri məmulatları seçərkən diqqətli olsunlar.gundelik-baku.com