BolgeXeber.Com » Ölkə » İsmayıllının icra başçısından maraqlı etiraf: – “Jurnalistlərdən qorxuruq…”
İsmayıllının icra başçısından maraqlı etiraf: – “Jurnalistlərdən qorxuruq…”
14-03-2015, 09:20
Oxunub: 6 298
“Biz rayonda jurnalistikanı inkişaf etdirmək niyyətindəyik. Gələcəkdə radio və televiziya qurmaq istəyirik ki, insanlarımız daha çox maariflənsin”
AzVision.az xəbər verir ki, bu fikirləri İsmayıllının icra başçısı Mirdaməd Sadıqov bildirib. O qeyd edib ki, icra başçılarının ən çox qorxduğu qüvvə jurnalistlərdir.
“Azərbaycan dövləti fəaliyyətlə məşğul olmaq üçün hər bir şərait yaradıb, yetər ki, hər kəs qanun çərçivəsində iş görsün. Bu baxımdan deyə bilərəm ki, icra başçılarının ən çox qorxduğu qüvvə jurnalislərdir. Çox vaxt reket jurnalistlər həqiqətə uyğun olmayan informasiyalar yayırlar. Amma icra başçılarını tənqid edən zaman mövzulara səthi yanaşırlar. Onlar aparılan işlərdən xəbəri olmadan informasiyalar yayırlar”.
İcra başçısı İsmayıllıdan olan gənclərin İŞİD-ə qoşulmasından da söz açıb.
“Mən çox xəcalət çəkirəm ki, gənclərimiz İŞİD-ə qoşulurlar. Suriyaya gedənlərdən birinin meyiti rayona gəlib. Bu bizim ideologiyamızda olan boşluqdur ki, insanlarımız Qarabağı qoyub gedib İŞİD-ə qoşulur. Gənclər cəmiyyətə yararlı bir şəxsiyyət kimi formalaşması üçün pis vərdişlərdən uzaq olmalıdır, asudə vaxtlarını səmərəli keçirməlidirlər.
Biz bu problemi birlikdə həll etməliyik. İsmayıllıda yeni idman lagerləri açılır, sanatoriyalar inşa edilir. İsmayılınınn gənclər paytaxtı seçilməsi tarixi əhəmiyyət daşıyır. Səsvermədə əksər rayonların infrastrukturu İsmayıılıdan yaxşı olsada cəmiyyət bizə daha çox etibar etdi. Biz etimadı doğrultmaqdan ötrü bir çox lahiyələr həyata keçirəcəyik. rayonda böyük gənclər məzrkəzi inşa ediləcək. Gənclər üçün yeni işləri açılacaq.Velosiped zavodunda işləmək üçün gənc kadrlara üstünlük veriləcək”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər