BolgeXeber.Com » Ölkə » Mingəçevirdə aktyoru məhkəməyə verən teatr direktoru danışdı: “100 min versə...” - (Fotolar)
Mingəçevirdə aktyoru məhkəməyə verən teatr direktoru danışdı: “100 min versə...” - (Fotolar)
14-03-2015, 16:21
Oxunub: 6 774
Direktor bu prosesdə aktyorla barışmayacağını da gizlətməyib
Xəbər verdiyimiz kimi, Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov teatrın sabiq aktyoru İbrahim Salamovu məhkəməyə verərək ondan şərəf və ləyaqətini alçatdığına görə 100 min manat təzminat istəyib.
Bu olayla bağlı aznews.az-a danışan Səxavət Məmmədov deyib ki, sabiq əməkdaşı mətbuat və sosial şəbəkələrdəki açıqlamaları ilə onun ictimai nüfuzuna xələl gətirib: “İbrahim Salamovu ünvanıma səsləndirdiyi “Səxavət Məmmədov dələduzdur”, “Saxtakar restoran direktoru”, “Ədalət Vəliyev və Mingəçevir İcra Hakimiyyəti Səxavət Məmmədova himayədarlıq edir”, “Alverci, şəristəsiz, saxta bilet satan dierktor” fikirlərinə görə məhkəməyə vermişəm. Qoy o da məhkəmə qarşısında dediyi sözlərə cavab versin”.
Direktor bu prosesdə aktyorla barışmayacağını da gizlətməyib.
Mingəçevir Dövlət Dram Teatrının rəhbəri aktyor İbrahim Salamovun onun haqda məhkəmə iddialarına da aydınlıq gətirib: “Öncə o, məni məhkəməyə verib. İstəyi də yenidən işə bərpa olunmaqdır. Biz bu məhkəmə prosesində iştirak edirik. Ayın 16-da bununla bağlı yenidən məhkəmə prosesi keçiriləcək. İnanıram ki, qanunun tələbilə qərar veriləcək”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər