Yevlaxlı gənclər “Sovetski”də kütləvi dava törətdilər
16-03-2015, 12:47
Oxunub: 6 419
50 nəfər əlbəyaxa oldu
Bakının Yasamal rayonunda kütləvi dava olub. “Sovetski” adlanan ərazidə baş verən davada 50-yə yaxın adam iştirak edib.
BOLGEXEBER.COM xəbər verir ki, hadisə şahidlərinin milli.az-a verdikləri məlumata görə, dava Yevlax rayonundan gələn gənclər arasında baş verib.
Davaya 12 maşınla gələn şəxslər soyuq silahla və armatur parçaları ilə silahlanıblar. Güclü dava zamanı bıçaqlanan və yaralananlar olub.
Kütləvi davanın hansı səbəbdən baş verməsi açıqlanmır. İşi araşdıran Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Anar Dəmirçiyev Milli.Az-a istintaq sirri olduğundan açıqlama verməkdən imtina etdi.
Əldə etdiyimiz məlumata görə, davaya səbəb narkotik olub. Sovetskidə yaşayan narkotacirdən mal alan şəxslər onun saxta və ya keyfiyyətinin aşağı olmasının şahidi olublar. Elə dava da bunun üstündə baş verib.
Hadisə 3 gün əvvəl baş versə də, hadisə mediadan ciddi-cəhdlə gizlədilib. Təfərrüatlar barədə heç bir məlumat verilmir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər