BolgeXeber.Com » Ölkə » Bərdədə “Peşəyönümünə istiqamətləndirmə ” mövzusunda görüş keçirilib-FOTO

Bərdədə “Peşəyönümünə istiqamətləndirmə ” mövzusunda görüş keçirilib-FOTO

17-03-2015, 14:52
Oxunub: 4 682 Bərdədə “Peşəyönümünə istiqamətləndirmə ” mövzusunda görüş keçirilib-FOTOBolgexeber.com bildirir ki,17 mart 2015-ci il tarixdə Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseydə Bərdə rayon Məşğulluq mərkəzinin, Gənclər və İdman idarəsinin, Təhsil şöbəsinin birgə təşkilatçılğı və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Peşəyönümünə istiqamətləndirmə ” mövzusunda görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq qonaqları təqdim etmiş və mövzu ilə bağlı məlumat vermişdir. Bərdə rayon məşğulluq mərkəzinin direktor əvəzi Eldar Nəzərov çıxış edərək dövlətimiz tərəfindən gənclərin müxtəlif peşələrə yiyələnməsi üçün göstərdiyi diqqət və qayğıdan, məşğulluq mərkəzinin təşkil etdiyi müxtəlif peşəyönümlü kurslardan və gənclərin işlə təmin edilməsindən danışmışdır.
Məşğulluq mərkəzinin baş məsləhətçisi Fəxrəddin Əliyev yeniyetmələrin gələcəkdə peşə seçimi ilə bağlı əmək bazarının tələblərinə uyğun olaraq məşğulluq mərkəzi ilə sıx əlaqə saxlamağı məsləhət görmüşdür. Daha sonra məktəbin müəllimi İsmayıl Mirzəyev çıxış etmişdir. Qonaqlar şagirdləri maraqlandıran sualları geniş və ətraflı cavablandırmışlar.
Bolgexeber.com