BolgeXeber.Com » Ölkə » NBC Bankın Bakı filalında qanunsuzluqlar - ŞİKAYƏT

NBC Bankın Bakı filalında qanunsuzluqlar - ŞİKAYƏT

18-03-2015, 17:27
Oxunub: 4 955 NBC Bankın Bakı filalında qanunsuzluqlar - ŞİKAYƏT"Məhkəmə qərarı olmadan onlar nə üçün mənim maşınımın nömrələrini açırlar"

BOLGEXEBER.COM bildirir ki,teref.infoya müraciət edən Talehə xanım Əmirxanlı NBC bankın özbaşınalığından və azərbaycan qanunlarını saymamasından söz açır.

Talehə xanım yazır:

Mən NBC Bankdan kreditlə maşın götürmüşəm. 1il 4 aydır ki, maşının kreditini ödəyirəm. Növbəti ödənişi 12 gün gecikdirmişdim. Bu gün gördüm qapımı döyürlər. Soruşanda dedilər bankdandır . Baxıb gördüm ki, 3 nəfər naməlum adamlardır . Mənə dedilər ki, bankın müdiri məni çğırır. Onlarla getməliyəm. Dedim yoldaşım yoxdur, qoy gəlsin gedərəm. Lakin onlar təkidlə mənim onlarla getməyimi istəyirdilər. Mən tək qadın xeylağı onlarla hara gedə bilərdim. Ona görə təkid etdim ki, yoldaşım gəlsin sonra. Onlar isə onda məndən maşının açarlarını və sənədləri tələb etdilər. Mən onlardan məhkəmə qərarı tələb etdim. Çünki məhkəmə qərarı olmadan onlar məndən heç nə tələb edə bilməzlər.
Onlar bir qədər dayanıb çıxıb getdilər.
Beş dəqiqədən sonra yoldaşım gəldi və biz Banka getmək üçün aşağı düşəndə gördük ki, onlar maşının nömrələrini çıxardıb aparıblar.
Biz Banka getdik və qapıda o üç nəfəri gördük. Onları qanunsuz maşınımın nömrələrini açmaqda ittiham edəndə onlar dedilər ki, Anar müəllimin (Anar müəllim NBC bankın Bakı filialının müdiridir) göstərişinə əsasən nömrələri açmışıq.
Anar müəllim isə xəbər göndərdi ki, ancaq xanımı qəbul edəcəm.
Lakin yoldaşım dedi ki, xanım tək girməyəcək qəbula. Mən yoldaşımla girdim Anar müəllimin qəbuluna.
O bizimlə elə alçaldıcı tonla danışırdı ki, quruyub qaldım. Hətta mühafizəçilərə əmr etdi ki, bunları atın bayıra.
Mən cibimdən telefonumu çıxardaraq dedim ki, siz qanunsuz olaraq mənim maşınımın nömrələrini açmısınız və buna görə cavab verməli olacaqsınız. Anar müəllim gördü ki, mən bütün danşığımzı yazmışam və mühafizəçiyə əmr etdi ki, telefonu mənim əlimdən alsınlar. Yoldaşım buna imkan vermədi. Ortada qalmaqal qalxmışçdı, bu zaman bayırda gözləyən qaynım da qapını döyərək açılmasını tələb etdi. Ara qarışanda biz birtəhər ordan çıxdıq. Onu da deyim ki, Anar müəllim hər cür provakasiyaya əl atdı ki, biz ona cavab verək. Axırda hətta polislə belə hədələdi..
Hörmətli redaksiya, görəsən, bu bank işçiləri qanunları nə sayırlar. Məhkəmə qərarı olmadan onlar nə üçün mənim maşınımın nömrələrini açırlar. Xahiş edirəm, mənim bu şikayətimi dərc edəsiniz.
Bunbdan sonra mən Baş prokurora, daxili işlər nazirinə müraciət edəcəyəm ki, bu qanunsuzluqlara son qoyulsun. Əgər lazım olsa Anar müəllimlə danışıqlarımızın lent yazısı məndədir və onu da yayımlaya bilərsiniz.
Talehə Əmirxanlı

Hər halda bizim də bildiyimizə görə, azərbaycanda məhkəmə qərarı olmadan banklar heç bir vətəndaşın əmlakını ala bilməzlər. Maşın nömrələrinin açılması haqqında isə bizim hörmətli YPX yetkililəri dəfələrlə KİV- lərdə deymişlər ki, buna heç kimin ixtiyarı yoxdur. Ümid edirik ki, əlaqəli orqanlar buna cavab verərlər.

Qarşı tərəfin də fikirlərinə yer verməyə hazırıq.