BolgeXeber.Com » Ölkə » Mingəçevirdə Doğum Evinin baş həkiminin fəaliyyəti narazılıq doğurur

Mingəçevirdə Doğum Evinin baş həkiminin fəaliyyəti narazılıq doğurur

19-03-2015, 16:24
Oxunub: 6 862 Mingəçevirdə Doğum Evinin baş həkiminin fəaliyyəti narazılıq doğururMingəçevir səhiyyəsində ciddi problemlər

Redaksiyamıza daxil olmaqda davam edən məlumatlarda Doğum EviRayonlararası Doğum Evinin baş həkimi Zəhra Dumanovanın fəaliyyətindən doğan narazılıqlar öz əksini tapmaqdadır. Bu xüsusda aldığımız açıqlamalarda son vaxtlar ümumiyyətlə şəhər səhiyyə sisteminin olduqca ağır duruma düşdüyü bildirilsə də, mənbələr Mingəçevir səhiyyəsinin ən zəif nöqtəsinin də məhz Doğum Evinin olduğunuxüsusi vurğulayırlar. Məlumatlarda bilıdirilir ki, müəssisənin baş həkimi burada doğuşların qəbulunu əsilbiznes fəaliyyətinə çevirib. Həm də bu biznes Mingəçevirin iqtisadiyyatını təmsil edən digər özəl sahələrlə müqayisədə daha çox gəlir gətirməsi ilə seçilir. Amma buna təəccüblənmək lazım deyil. Məsələ bundadır ki, baş həkimin malik olduğu imkanlara bir çox biznesmenlər həsəd apara bilərlər. Şikayətçilərlə yanaşı bu tibb müəssisəsində olan mənbələr də təsdiq edirlər ki, Zəhra Dumanova burada dünyaya uşaq gətirmək istəyən hər anadan pul almaqla yanaşı, doğum evinin hər bir işçisindən də aylıq haqq tələb edir. Həm də bu haqq ay ərzində müəssisənin xidmətlərindən istifadə etmiş insanların sayından asılı olaraq dəyişmir. Tibbi prosedurlar üçün isə ayrıca tariflər mövcuddur.Məsələn, şöbədə qeysər üsulu ilə əməliyyat olunmaq üçün təkcə baş həkimə 700 manat pul verilməlidir. Bundan başqa, yenicə doğmuş qadının xəstəxanada ən azı 3 gün qalması tələb olunur ki, bunun da müqabilində ödəniləcək məbləğ təxminən 200-300 manat civarında müəyyənləşdirilib. Doğum evində işləyən tibb bacıları, baxıcılar və digər işçilərə də bu müddət ərzində 100 manata qədər pul xərclənir ki, nəticədə hər doğuş 1000 manata qədər başa gəlir. Aldığımız məlumatlarda daha bir maraqlı məqam da budur ki, şikayətçilər bu və digər nöqsanlarla bağlı Səhiyyə Nazirliyinə dəfələrlə müraciət olunduğunu, lakin bu günədək problemlərdən heç birinin öz həllini tapmadığını bildirirlər. Bunun əvəzində isə Zəhra Dumanova bir müddət əvvəl qiymətləri daha da qaldırmağa başlayıb. İndi bir xəstə ayda bir dəfə həkim müayinəsinə gəlirsə, hər dəfə 30-40 manat ödəməli olur. Bundan başqa da hamiləlik dövründə ultrasəs müayinəsi üçün ən azı iki-üç dəfə xəstəxanaya müraciət etmək lazım gəlir. Bu da gələcək analara hər dəfə əlavə 15-20 manata başa gəlir. Elə qan analizi üçün də təxminən bu qədər vəsait ödəyirlər. Beləliklə, doğuşa qədərki müayinə də gələcək analara təxminən 600-800 manata qədər başa gəlir. Eyni zamanda da mənbələr burada hökm sürən şəraitsizliyi və elə də yüksək səviyyədə təmin olunmayan sanitar vəziyyəti diqqət mərkəzinə gətirirlər. Qeyd etmək lazımdır ki, ölkə mətbuatında bu tibb müəssisəsində yer almış bir çox qanun pozuntularını və bu səbəbdən yaranan ciddi fəsadları əks etdirən tənqidi materiallar kifayət qədərdir. O cümlədən məlumatlarda son vaxtlar Mingəçevir Rayonlararası Doğum Evində ana ölümlərinin çoxalması və anaların doğuş zamanı müxtəlif xəstəliklərə yoluxması hallarına tez-tez rast olunduğu da xüsusi vurğulanır. Bu kimi hallar isə məlumdur ki, məhz həkimlərin məsuliyyətsizliyi üzündən baş verir. Artıq xəbər verildiyi kimi təkcə 2014-cü il ərzində müəssisədə bir neçə dəfə belə hallar qeydə alınmışdır.Bir daha qeyd etmək yerinə düşər ki, bu gün respublikada fəaliyyət göstərən əksər doğum evlərində mövcud vəziyyət ictimaiyyət tərəfindən heç də razılıqla qarşılanmır. Buna əsas səbəb isə həmin müəssisələrdə sürəkli rüşvət yığımlarının həyata keçirilməsi, bəzi hallarda isə həm də xəstələrdən alınan pulun müqabilində göstərilən tibbi xidmətlərin də aşağı səviyyədə olmasıdır.

bizimdovr.az