BolgeXeber.Com » Ölkə » Tərtərdə hərbi hissələrdə təşkil olunan silsilə bayram tədbirləri davam etdirilir-FOTO
Tərtərdə hərbi hissələrdə təşkil olunan silsilə bayram tədbirləri davam etdirilir-FOTO
20-03-2015, 18:08
Oxunub: 6 692
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ərazisində yerləşən hərbi hissələrdə Novruz bayramı münasibəti ilə təşkil olunan silsilə bayram tədbirləri davam etdirilir
Martın 20-də N saylı hərbi hissədə təşkil olunan tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov hərbi hissənin şəxsi heyyətini əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun adından salamlamış və düşmənlə ön cəbhədə üz-üzə dayanan zabit və əsgər heyətini Novruz bayramı münasibətilə təbrik edərək çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamış, onlarla qürur duyduğunu bildirmişdir. Hərbi hissənin şəxsi heyətini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb və işğal altında olan bütün torpaqlarımızın dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində düşməndən azad ediləcəyinə, ərazi bütövlüyümüzün bərpa olunacağına əminliyini bildirmişdir.
Tədbirlərdə rayon mədəniyyət evinin “Tərtər” xalq kollektivi rəngarəng konsert proqramları ilə çıxış etmişlər. Bayram şənliklərinə qoşulan əsgərlər öz fəaliyyət kollektivinin üzvləri ilə birlikdə mahnılar oxumuş, rəqs etmiş, öz bacarıqlarını nümayiş etdirmişlər.
Sonda rayon icra hakimiyyəti tərəfində aparılan bayram sovqatı N saylı hərbi hissənin əsgərlərinə paylanmışdır.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər