BolgeXeber.Com » Ölkə » Tərtərin İsmayılbəyli kəndində növbəti səyyar qəbul-görüş keçirilmişdir-FOTO

Tərtərin İsmayılbəyli kəndində növbəti səyyar qəbul-görüş keçirilmişdir-FOTO

21-03-2015, 17:13
Oxunub: 6 757  Tərtərin İsmayılbəyli kəndində növbəti səyyar qəbul-görüş keçirilmişdir-FOTOƏhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə rayonun İsmayılbəyli kəndində Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü keçirilmişdir

Görüşdə icra başçısının müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri və KİV nümayəndələri iştirak etmişlər.
Görüşdə iştirak edən kənd ağsaqqalı Lətif Məmmədov, kənd sakini Vidadi Musayev və digərləri çıxış edərək son illərdə respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan yüksək nailiyyətlərdən danışmış, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətini dəstəklədiklərini bildirmişlər. Çıxışçılar qeyd etmişlər ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları Tərtər rayonunda uğurla həyata keçirilir. Rayon rəhbərliyi tərəfindən rayonumuzun mərkəzi ilə yanaşı kəndlərimiz də daim diqqət mərkəzində saxlanılır. Belə ki, Novruz bayramı ərəfəsində uzun illər yanacaq sarıdan əziyyət çəkən İsmayılbəyli kəndinə mavi yanacağın verilməsi dövlətimizin kəndlərimizə göstərdiyi diqqət və qayğının bariz numinəsidir.
Sonra çıxış edən kənd sakinlərindən Şirin İsmayılov, Saday Hüseynov, Rövşən Əliyev, Niyaz Axundov, Əli Alışov, Nigar Əliyeva və başqaları görülən işlərdən razılıqlarını bildirərək içməli su üçün 2 ədəd subartezian quyusuna ehtiyac olduğunu, İsmayılbəyli kənd tam orta məktəbinin əsaslı təmir olunmasını, köhnəlmiş elektrik dirəklərinin və naqillərinin yenisi ilə əvəz olunması və bir sıra şəxsi məsələlər barədə rayon rəhbərinə müraciət etdilər.
Səyyar qəbul-görüşü yekunlaşdıran Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söhbət açmışdır. Rayon rəhbəri daha sonra Tərtər rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışmış, infrastrukturunun yaxşılaşdırılması üçün kəndlərimizdə görülən işləri qeyd etmiş, sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını vermişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Bolgexeber.com
 Tərtərin İsmayılbəyli kəndində növbəti səyyar qəbul-görüş keçirilmişdir-FOTO
 Tərtərin İsmayılbəyli kəndində növbəti səyyar qəbul-görüş keçirilmişdir-FOTO
 Tərtərin İsmayılbəyli kəndində növbəti səyyar qəbul-görüş keçirilmişdir-FOTO