BolgeXeber.Com » Ölkə » "Qazax Rayonlararası Ruhi Xəstəxanada dəhşət - Xəstələr küçələrdə dilənməyə məcbur edilir"

"Qazax Rayonlararası Ruhi Xəstəxanada dəhşət - Xəstələr küçələrdə dilənməyə məcbur edilir"

22-03-2015, 16:19
Oxunub: 4 071 "Qazax Rayonlararası Ruhi Xəstəxanada dəhşət - Xəstələr küçələrdə dilənməyə məcbur edilir"Xəstələrin dilənçiliyə məcbur edilməsindən niyə Səhiyyə Nazirliyinin xəbəri yoxdur?

Qazax rayonunda yerləşən Ruhi Xəstəxanada dəhşət döğuracaq özbaşınalıqlar barədə ilginc məlumatlar yayılıb.BOLGEXEBER.COM azerinews.tv-yə istinadən xəbər verir ki, xəstəxanada məskunlaşan və müalicə olunan xəstələr, müəssisənin rəhbərliyi tərəfindən işgəncələrə məruz qalır və rayon ərazisində zorən dilənməyə məcbur edilir. Bu isə ən çox bayram günlərinə təsadüf edilir. Elə bu Novruz bayramıda orda müalicə alan xəstələr üçün "qara" keçib. Saytın araşdırmalarına görə, müəssisə rəhbərliyi xəstələrə gündəlik "taksa" qoyub. Səhər saatlarında ac-acına müəssisədən çıxarılan xəstələrə tapşırılır ki, axşama hər xəstə minumum 20-30 manat pul gətirməlidir. Əks halda həmin xəstələrə nə yemək verilir, nə də onlar müəssisəyə buraxılmır. Çarəsiz qalan xəstələr səhər saatlarında müəssisədən çıxaraq rayon ərazisində müxtəlif yaşayış məntəqələrinə yollanır və əhalidən dilənməklə pul alıb müəssisə rəhbərliyinə gətirirlər.
Şəkildə gördüyünüz bu xəstə də dediyinə görə bir neçə ildir ki, həmin müəssisənin sakinidir. Həmin şəxs səhər saatlarında rayon ərazisinə dilənmək üçün göndərilib. Lakin pul qazana bilmədiyi üçün müəssisəyə buraxılmır, qapı qarşısında saxlanılıb.
Qeyd edək ki, hal hazırda 100 çarpayılıq Qazax Rayonlararası Ruhi Xəstəxanada 90-na yaxın xəstə müalicə olunur.
Məsələ ilə bağlı qarşı tərəfi dinləməyə hazırıq.
BOLGEXEBER.COM