BolgeXeber.Com » Ölkə » Lənkəran İcra Hakimiyyəti təkzib edir-VİDEO

Lənkəran İcra Hakimiyyəti təkzib edir-VİDEO

26-03-2015, 14:04
Oxunub: 5 063 Lənkəran İcra Hakimiyyəti təkzib edir-VİDEO"Son günlərdə bəzi internet saytlarında Lənkəran şəhərində ağac kəsimi barədə yazı ilə bağlı bildiririk ki, xəbərdə qeyd olunanlar tamamilə yanlış fikirlərdir və real vəziyyəti əks etdirmir"

Bunu Lənkəran Şəhər İcra Hakimiyyətindən BOLGEXEBER.COM-a bildiriblər. "Lənkəran şəhərində heç bir parkda, heç bir xiyabanda ümumiyyətlə ağac kəsiminə yol verilmir, əksinə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə hər il rayonun idarə, müəssisə və təşkilatlarının, əmək kollektivlərinin, ictimaiyyət nümayəndələrinin və könüllülərin iştirakı ilə kütləvi ağac əkini kampaniyaları keçirilir və bu barədə vaxtında KİV-də kifayət qədər məlumatlar yayılır. Sakinlər tərəfindən razılıqla qarşılanan bu kampaniyalar zamanı Lənkəran şəhərinin park və bağlarında, yaşayış massivlərində, küçə və meydanlarda, magistral yollarda, xüsusilə yeni asfaltlanmış yollar boyunca, qəsəbə və kəndlərlərdə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin ərazilərində on minlərlə müxtəlif növ ağac və gül kolları əkilir, yeni yaşıllıqlar salınır. Təkcə 2014-cü ildə rayonda 53 mindən çox ağacvə gül kolları əkilmişdir. Lənkəran rayonu “İDEA” ictimai birliyinin ağac əkini təşəbbüsünə birincilər cərgəsində qoşulmuş və bu nəcib təşəbbüsə dəstək olaraq hələ ötən il rayonda 10 mindən çox ağac əkilmiş, becərmə və suvarva tədbirləri həyata keçirilmişdir. Hazırda Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə ağac əkini aylığı keçirilir. Eyni zamanda “İDEA” ictimai birliyinin növbəti təşəbbüsü ilə Lənkəranda da ağac əkini tədbirləri keçirilir. Təkcə “İDEA” ictimai birliyinin təşəbbüsü ilə 35 mindən çox ağac əkiləcəkdir. Hətta havaların əlverişsiz keçməsinə baxmayaraq belə rayon ərazisində, eyni zamanda yazıda adı qeyd olunmuş Lənkəran Dövlət Universitetinin inzibati binası ilə üzbəüz bağda kütləvi ağac əkini keçirilir.
Ümumiyyətlə Lənkəran Şəhər İcra Hakimiyyəti rayonun mədəni quruculuq işlərinin tərkib hissəsi olan sağlam ekoloji mühitin yaradılması, yaşıllıqların salınması ilə bağlı cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrasını özünün ümdə vəzifəsi hesab edir və bu istiqamətdə lazımi tədbirləri müntəzəm olaraq həyata keçirir. Eyni zamanda bildiririk ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müxtəlif sahələr üzrə təşkil olunan tədbirlər, xüsusilə Leyla xanım Əliyevanın humanist və ibrətamiz təşəbbüsləri bütün dünyada, o cümlədən ölkəmizin hər yerində olduğu kimi Lənkəranda da yüksək siyasi fəallıqla qarşılanır, icrasından ötrü əməli işlər görülür və bundan sonra da bu işlər davam etdiriləcəkdir",-ağac kəsimi barədə yazı ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətindən verilən açıqlamada bildirilir.
BOLGEXEBER.COM

Lənkəran İcra Hakimiyyəti təkzib edir-VİDEO
Lənkəran İcra Hakimiyyəti təkzib edir-VİDEO
Lənkəran İcra Hakimiyyəti təkzib edir-VİDEO
Lənkəran İcra Hakimiyyəti təkzib edir-VİDEO