Bakıda narkoman ana 5 yaşlı qızını dilənməyə məcbur edib
24-03-2015, 10:55
Oxunub: 6 194
Bakıda narkoman qadın 5 yaşlı uşağını günlərlə dilənməyə məcbur edib
Nəticədə ağır həyat tərzi üzündən vəziyyəti pisləşən uşaq Azərbaycan Uşaqlar Birliyinin sığınacaq evinə yerləşdirilib.
Bu barədə virtualaz.org saytına birliyin sədri Kəmalə Ağazadə məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, Səbayel rayon ərazisində aşkarlanan uşağın vəziyyəti yaxşılığa doğru dəyişir: “Uşaq Səbayel Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tapılaraq sığınacağa gətirilib. Azyaşlı bir həftə ərzində huşsuz vəziyyətdə oldu. İndi durumu yaxşılaşıb. Məlum oldu ki, ana uşağı bütün günü küçədə dilənməyə məcbur edib. Ac qalan uşaq elə küçədəcə gecələyirmiş. Ana həbs ediləndən sonra isə tamamilə baxımsız qalıb”.
Uşağın atasının kimliyi bəlli deyil. Azyaşlının təsadüfi əlaqədən doğulduğu ehtimal edilir. Uşağın sənədləri də yoxdur.
K.Ağazadə dedi ki, hazırda sığınacaq evində 6 aydan 18 yaşa qədər 25 uşaq qalır.
Qeyd edək ki, Azərbaycanda narkomanların sayı artır. Ötən il 28656 narkoman qeydiyyatda olub. Onlardan 554 nəfəri qadındır. Küçədə dilənən azyaşlıların əksəriyyəti isə qaraçı uşaqlarıdır.
K.Ağazadə qaraçılar arasında narkotik vasitə istifadəçilərinin çox olduğunu dedi: “Roman tayfalarından olanlar arasında narkomanların sayı çoxdur. Onlar uşaqları küçədə dilənməyə məcbur edirlər”.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər