BolgeXeber.Com » Ölkə » “Neft Daşları”nda yemək davası

“Neft Daşları”nda yemək davası

25-03-2015, 10:54
Oxunub: 5 403 “Neft Daşları”nda yemək davası“Neft Daşları”nda işləyən neftçilərin qidalanmasında müəyyən problemlər yaranıb

Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, rəhbərlik etdiyi təşkilata neftçilər tərəfindən şikayətlər daxil olub: “Müraciət edən neftçilər bildirirlər ki, “Neft Daşları”nın sosial şobəsinin rəisi və yeməkxananın müdiri onları məhz yeməkxanada qidalanmağa məcbur edirlər. İşçilərin otaqları axtarılır və evdən gətirilən yeməklərlə qidalanmağa icazə verilmir. Fəhlələr yeməkxanaya getməyə məcbur edilir. Yeməkxanada hazırlanan yeməklər isə keyfiyyətsizdir, istifadə edilən ətin mənşəyi bilinmir. İşçilər iddia edirlər ki, rəhbər vəzifəni tutan məmurlara ayrı-ayrı aşpazlar qulluq edirlər”.

M.Qəhrəmanlı bildirdi ki, zərərli işlərdə işləyənlərin xüsusi “qida rasionu” var. Bu siyahını Səhiyyə Nazirliyi də təsdiq edib. Yeməkxanada bu rasiona uyğun qidalar verilməlidir: “Bunu edə bilmədiklərinə görə “yemək pulu” işçilərin özünə verilməlidir. Amma işçilərə öz aldıqları ərzaqları yaşadıqları otaqda hazırlayıb yeməyə icazə verilmir. Bununla belə həmin qidalar “Neft Daşları”nın mağazasından alınarsa, otaqda yeyilə bilər. Buna görə də işçilərin şikayətləri araşdırılacaq”.

M.Qəhrəmanlı şikayətlərlə bağlı ARDNŞ-ə müraciət edib.
Bolgexeber.com