Sabah Bakıda işıqlar 1 saatlığa söndürüləcək
27-03-2015, 20:20
Oxunub: 5 960
“Yer saatı” (“Earth Hour 2015”) beynəlxalq kampaniyası çərçivəsində martın 28-də dünyanın müxtəlif bölgələrində yaşayan bir milyarddan çox adam insan dəyişikliyinə qarşı həmrəylik nümayiş etdirmək üçün birləşəcək
BOLGEXEBER.COM-un məlumatına görə, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) keçirdiyi beynəlxalq tədbir hər il martın son şənbə günündə keçirilir. “Yer saatı” təbiətə qayğıkeş münasibətin, planetimizin məhdud resurslarına qayğının rəmzidir.
Bu, bəşəriyyət tarixində ən kütləvi ictimai aksiyadır. Bu il martın 28-nə təsadüf edən hadisə saat 20:30-a təsadüf edəcək. Aksiya çərçivəsində insanlar iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün bir saatlığa işığı və həmin vaxt vacib olmayan digər elektrik cihazlarını söndürür. “Yer saatı” zamanı aksiyada iştirak edən böyük şəhərlərin rəmzi olan binaların da işıqları söndürülür.
Bu aksiya ilk dəfə 2007-ci ildə Sidneydə keçirilib.
Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına görə, bu il “Yer saatı” aksiyasında dünyanın 156 ölkəsinin sakinləri iştirak edəcəklər.
2011-ci il martın 26-da Bakının rəmzi olan Qız qalasında və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda bir saat ərzində işıqlar söndürülüb və beləliklə, Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin sırasına daxil olub.
Bu il proqram çərçivəsində qlobal aksiyanın iştirakçıları özləri ilə fənər, alışqan götürərək saat 20:00-da Azadlıq meydanında toplaşacaqlar. Bir saat ərzində - saat 20:30-dan 21:30-dək Hökumət evinin və “Marriott Absheron” otelinin fasadının işıqlandırılması dayandırılacaq.
Bundan başqa, “Critical Mass Baku” veloturu keçiriləcək, habelə aksiyanın nümayəndələri müxtəlif moblarda iştirak edəcəklər.
Layihə saat 22:00-da başa çatacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər