Beyləqanda məmur övladları “avtoş”luq edərək polisi döyüb?-İDDİA
28-03-2015, 12:40
Oxunub: 10 329
Azərbaycan cəmiyyəti bəzi məmur övladlarının «avtoş»luq etməsi ilə bağlı xəbərləri indi-indi əldə etsə də, əslində onlar çoxdan bu işlə məşğul olur
Əvvəllər qudurğan məmur övladları «avtoş» videolarını fəxrlə sosial şəbəkələrdə yayardılar. Bunlar maşınla hoqqabazlıq etməyi özləri üçün prestij sayırlar. Ən dəhşətlisi isə odur ki, prezident İlham Əliyevin sərt xəbərdarlığından sonra da həmin məmur balaları öz çirkin vərdişlərindən əl çəkmirlər. Xüsusən məmur övladları, qohumları, sahibkar balaları «avtoş»luq edirlər. Onlar yol hərəkəti qaydalarına riayət etmək əvəzinə, onu pozmağı qəhrəmanlıq sayırlar.
Əslində, inanmaq olmaz ki, hər hansı məmur öz övladına «avtoş»luq etməyi tövsiyyə etsin. Amma fakt faktlığında qalır və bu dəfə məmur övladlarının “avtoş”luğu haqda cumhuriyyet.az-a Beyləqandan xəbər daxil olub. Beyləqan rayon sakininin redaksiyamıza bildirdiyinə görə gecə saatlarında rayonun iki vəzifəli şəxsinin övladı öz avtomobilləri ilə rayon mərkəzində “təkər oynadıblar”.
Mənbəmizin sözlərinə görə Beyləqan icra Hakimiyyətinin sosial-iqtisadi məsələlər üzrə müavini Məhəmməd Qələndərov və rayon Komunnal təsərrüfat Birliyinin rəisi Arzu Bəndəliyevin oğulları bu gecə avtoxuliqanlıq edərək məcburi köçkün olan bir şəxsin maşınına xəsarət yetiriblər. Mənbəmizin sözlərinə görə məmur uşaqları hadisəyə polis müdaxiləsinə də sərt reaksiya verib və əraziyə gələn polis əməkdaşlarından biri döyülüb…
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…
cumhuriyyet.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər