BolgeXeber.Com » Ölkə » Bahar Kərimovanın "şəxsi mülkü"- 3 nömrəli İnternat Məktəbi

Bahar Kərimovanın "şəxsi mülkü"- 3 nömrəli İnternat Məktəbi

29-03-2015, 13:18
Oxunub: 5 909 Bahar Kərimovanın "şəxsi mülkü"- 3 nömrəli İnternat MəktəbiBahar Kərimovanın direktor olduğu məktəbi Maliyyə Nazirliyi yoxlayıb;yoxlamanı yola salmaq üçün müəllimlərdən pul da yığılıb

Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 №-li internat məktəbdə Maliyyə Nazirliyi yoxlamalara başlayıb.Bolgexeber.com-a daxil olan məlumatda bildirlir ki,maliyyə yoxlamasının vaxtından əvvəl baş tutması isə internat direktoru Bahar Kərimovanı qorxuya salıb. Qabaqlayıcı tədbirlər görən Bahar Kərimova Maliyyə Nazirliyinin yoxlamasını yola salmaq üçün müəllimlərdən pul toplamağa başlayıb. Məsələn, xadimələrin hər birindən 100 manat, müəllimlərdən 200 manat, sinif müəllimələrinin isə aylıq məvacibinin əllərindən alındığı bildirilib. Daxil olan informasiyalarda o da bildirilib ki, Maliyyə Nazirliyindən gələn yoxlama heyəti həqiqətlərin ortaya çıxarılmasında israrlıdır. Elə bu səbəbdən aparılan kompleks maliyyə yoxlamasında həqiqətən internatda 664 uşağın olub-olmaması, hər bir uşağa hər ay 20 manat yol pulunun verilib-verilməməsi, əlavə qrupların açılması səbəbilə artıq ödəmə, təyinatdan yayındırma, tarifikasiya təsdiq olunduqdan sonra internata ilin ortasında işçi götürülüb-götürülməməsi və s. məsələlərin yoxlanılması gözlənilib. Onu da bildirək ki, mart ayında ora lalların dilindən anlamayan 7 müəllimə işə götürülüb. Bunların heç hüquqi ixtisası olmadığı halda xadimə adı ilə işə qəbul edilib, kadrlar üzrə rəis vəzifəsi birinə həvalə olunub.
Bir az əvvəl isə KİV-də yer alan məqalələrdə qeyd olunurdu ki, Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 №-li internat məktəbi Bahar Kərimovanın mülküdür. Həyat yoldaşı, qızı, hətta qohumları da orada işləyir, məvacib alırlar. Və o internatda olan uşaqların sayını 664-ə qədər şişirdib. Halbuki, orada 64 uşaq yoxdur. Bununla da, 20 manat yol pulunu, yemək pullarını mənimsəyib. Yaşlı müəllimləri orada saxlamaqla onlardan 500-600 manat rüşvət alıb. İnternatda məsul vəzifələrdə çalışan şəxslər tanışlarıdır. Mənbənin Bolgexeber.com-a bildirdiyinə görə özü tibb bacısı ola-ola direktor işləyib. “Ölü” canlar hesab edilən Musayeva Sevinc, Günay adlı şəxslərin hər ay məvacibini Bahar Kərimovanın özü alıb. Əsas vəsait olan inventarlar yerində yoxdur. İnventar üçün pul köçürüb, amma mal əvəzinə pul alıb. Təmir və yenidənqurma işlərinə ayrılan vəsaitləri bəzi özünəyaxın MMC-lərə köçürməklə vəsaiti mənimsəyib. Yeganə internat məktəbidir ki, ərzağı özü almaqla, birbaşa pulun mənimsənilməsində iştirak edib.
Bir sözlə, bütün bu kimi əməliyyatlardan 700 min manat mənimsənilib. Son iki ildə təkcə 960 min manat yemək pulu ayrılıb. Bunun da cəmi 30 %-i uşaqlara xərclənildiyi bildirilib. 600 min manata yaxın müxtəlif maddələr üzrə inventar alınmasına pul ayrılsa da, hazırda ora Bahar Kərimovanın əri tərəfindən inventar daşınıb. Bunu isə II kurs tələbəsi olan, amma mühasib kimi işləyən Bahar Kərimovanın qızı təşkil edib. Dekret pulu, müəllimlərin təkmilləşdirmə kursuna göndərilmə kimi hallarda məvaciblər ayrı-ayrı adlara yazılmaqla mənimsənilib. Hazırda özü Nəsrəddin Tusi adına Pedoqoji Universitetdə II kursda oxuyur. Bahar Kərimova universitetə sessiya imtahanı üçün getdiyi halda o məvacibini özü alır. Amma bu belə olmamalıdır. Həmin universitetdən biologiya ixtisası üzrə diplom almaq istəyir. Bunları mətbuat bir az öncə qeyd etmişdir.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com