BolgeXeber.Com » Ölkə » Şamaxılı idman ustası prezident İlham Əliyevə yerli məmurlardan şikayət etdi
Şamaxılı idman ustası prezident İlham Əliyevə yerli məmurlardan şikayət etdi
30-03-2015, 11:18
Oxunub: 6 940
Qədim məzarlığı kimlər və niyə dağıdır?
Şamaxı rayon Göylər kənd sakini, Azərbaycan Respublikasinin idman ustası, YAP-ın üzvü Togrul Salahov yaşadığı kənddəki problemlərlə bağlı ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia.az-a daxil olan müraciətin mətnində deyilir:
“Şamaxı rayonunun Göylər kəndinin İcra nümayəndəsi İxtiyar Xəlilov və kənd bələdiyyəsinin sədri Nəbi Nəbiyevin özbaşinaligi daha bizləri bezdirib. Bu yerli məmurlar kəndin qayğısına qalmırlar, ancaq öz ciblərini fikirləşilər.
Həmin yerli məmurlar kəndin əkin yerlərini özələşdirib satdıqları bəs deyilmiş kimi, artıq tarixi bir məzarlığımızın məzar daşlarını sındıtdıraraq həmin yerləri satmağa başlayıblar. Artıq həmin yerlərdə bir necə ticarət obyektləri və yaşayış evləri də tikilib, məzarların üstündə.
Həmin məzarlığın yaşı 16-17-ci əsrlərə gedib cıxır, 1918-ci ildə erməni işğalçıları Şamaxıya hücum edərkən bizlərin köməyinə gələn Türk Qafqaz İslam ordusunun Şəhid olmuş əsgərlərinin məzarları da var.
Bu yerli məmurlar bizim tariximizi məhv edərək məzarlığı dağıdıb öz ciblərini doldururlar. İcra nümayəndəsi İxtiyar Xəlilov bildirir ki “mənə heç kim heç nə edə bilməz, mən pulumu verib öz işimi həll edəcəm, hara şikayət edirsiniz, edin”.
Rayon rəhbərliyi də bu özbaşinalığa göz yumur. Mən bu haqda Şamaxıda vətəndaşları qəbul edərkən baş prokuror, hörmətli Zakir Qaralov cənablarına da qəbulda demişəm və məktubla da müraciət etmişəm. Biz kənd sakinləri Cənab Prezidentdən kömək istəyirik”.
Yazıda iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər