Keçmiş nazirin biznesi çökdürüldü
30-03-2015, 14:13
Oxunub: 5 874
Bakıda məşhur “Çudo-Peçka” restoranlar şəbəkəsi rəsmən çökdürülüb. Bir vaxtlar dəbdə olan və müştəri izdihamı müşahidə edilən bu restoranların fəaliyyəti sıfıra endirilib.
Müğənni Röyanın keçmiş qayınatası Çingiz Cəlilovdan “Çudo Peçka”nın alınması ilə müəssisələrin işində başlanan geriləmə KFC restoranlarının açılması ilə daha da dərinləşib. Tia.az xəbər verir ki, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevdən sonra proses daha da mürəkkəb şəklini aldı. Keçmiş nazirə məxsus bu şəbəkə dağıdıldı. Onun istefaya göndərilməsi ilə biznesi də iflas edildi.
“Çudo Peçka”da aparılan araşdırmalar və ciyər kökəsində (peraşki) qurd aşkarlanması müəssisənin fəaliyyət imkanlarını bir qədər də daraldıb. İndi bu restoranlarda canlanmanın şahidi olmaq mümkün deyil.
Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti “Çudo Peçka” MMC-yə məxsus istehsal sexlərində bir sıra ciddi nöqsanlar aşkar etmişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər