İki qurumun təhvil-təslim davası: sakinlər sayğacsız qaldı
31-03-2015, 09:40
Oxunub: 5 366
“Azərenerji” ASC-nin səlahiyyətlərinin “Azərişıq” ASC-yə verilməsi Abşeron sakinləri üçün əməlli-başlı problemə çevrilib
Arqument.az-ın məlumatına görə, iki qurum arasında təhvil-təslim prosesi getdiyindən sakinlər sayğacla təmin olunmayıb, xidmət müvəqqəti dayandırılıb.
Abşeron rayon sakini Murtuz Adıgözəlov əməkdaşımıza bildirib ki, hazırda heç bir evə sayğac qoyulmur: “Cənab Prezidentin sərəncamı ilə “Azərenerji”nin səlahiyyətləri “Azərişıq”a verildi. Təhvil-təslim iki ay davam etməlidir. Bu müddət ərzində biz sayğacsız qalmışıq, sənədləşmə də aparılmır. Heç bir qurum bunu öz öhdəsinə götürmür. İdarəyə getdikdə isə “gözləyin” deyirlər”.
Məlumata görə, təkcə Abşeron rayonu ərazisində 400-dən çox abonent var ki, sənədləri hazır olsa da, sayğacla təmin olunmayıb.
Məsələ ilə əlaqədar “Azərişıq” ASC-nin mətbuat xidmətini rəhbəri Tanrıverdi Mustafayev problemin, təhvil-təslim işlərinin yaxın vaxtlarda yekunlaşacağını bildirib.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər