BolgeXeber.Com » Ölkə » Şikayət: Şamaxıda ünvanlı sosial yardımı zəngin ailələrə verirlər

Şikayət: Şamaxıda ünvanlı sosial yardımı zəngin ailələrə verirlər

2-04-2015, 10:33
Oxunub: 4 536 Şikayət: Şamaxıda ünvanlı sosial yardımı zəngin ailələrə verirlərNarazı sakinlər prezidentə müraciət etdi


Redaksiyamıza Şamaxı sakinləri adından daha bir şikayət xarakterli məktub daxil olub. DİA.AZ-ın elektron ünvanına yazan narazı vətəndaşların gileyi bu dəfə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yerli nümayəndələrindəndir.

Sakinlər yazır: “Şamaxılılar adından Cənab Prezidentə müraciət edir və kömək etməsini xahiş edirik. Bu gün rayonda kasıb əhalinin durumu yetərincə acınacaqlıdır. Şamaxıda dövlətin kasıb təbəqə üçün nəzərdə tuduğu qayğısı - ünvanlı sosial yardımı isə imkanlı ailələr alır. Kimin 600 manatı varsa, o da alır”.

Narazı şamaxılıların müraciətində deyilir ki, Şamaxının ƏƏSMF-nun müdiri Tərlan Xəlilov nədənsə kasıb, həqiqətən də imkanı olmayan aillələrə yox, imkanlı, sərvəti olan və hətta bağ əkən fermerdən belə 600 manat alaraq ən yüksək məbləğdə sosial yardım yazır:

“Bunun nəticəsində Tərlan Xəlilov Bakıda ev ala bilir, Göylər kəndində restoran sahibi ola bilir və bahalı maşınlar sür bilir. Binəva şamaxılılar isə dövlətin məlum qayğısından məhrum şəraitdə yaşamaq uğrunda mübarizə aparmaq məcburiyyətində qalır”.

Daha sonra prezidentdən Şamaxıda yerli məmurların zülmünə reaksiya verməsini xahiş edən narazı sakinlər əlavə ittihamlar da səsləndiriblər.

Qarşı tərəfi də dinləməyə hazırıq...
Bolgexeber.com