BolgeXeber.Com » Ölkə » Baş redaktor Şirvan şəhər icra hakimiyyəti tərəfindən məhkəməyə verildi

Baş redaktor Şirvan şəhər icra hakimiyyəti tərəfindən məhkəməyə verildi

6-04-2015, 13:51
Oxunub: 4 462 Baş redaktor Şirvan şəhər icra hakimiyyəti tərəfindən məhkəməyə verildiŞirvan şəhər icra başçısının müavini Elmira Ağayeva Prezident İlham Əliyevin ATƏT və Avropa Şurasının yüksək tribunalarından verdiyi bəyanatlardan xəbərsizdir

Son vaxtlar jurnalistləri yazdıqları yazıya görə məhkəməyə verilmə faktları dəb halını alıb. Elə Şirvan şəhər icra orqanının məmurunun jurnalisti məhkəməyə verməsi də bu kimi faktlardandır. Çox maraqlıdır ki, Şirvanın icra başçısının müavini Elmira Ağayeva jurnalisti mülki ittiham qaydasında məhkəməyə verməsi Prezident İlham Əliyevin Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə görə təqib olunmamsı haqqında ATƏT və Avropa Şurasının yüksək tribunalarından verdiyi bəyanatlara tamamilə ziddir. Xatırladaq ki, Xalqxeber.Az xəbər portalının baş redaktoru Peyman Sadıqov Şirvan şəhər icra hakimiyyəti başçısının müavini Elmira Ağayeva tərəfindən mülki ittiham qaydasında məhkəməyə verilib. Baş redaktorun sözlərinə görə, məhkəmə çəkişməsinə səbəb olan yazı saytın elektron poçtuna Şirvan şəhərindən göndərilib və əməkdaşlar tərəfindən Xalqxeber.Az saytına yerləşdirilib. Saytın əməkdaşı qarşı tərəfin mövqeyini öyrənməkdən ötrü müavin Elmira Ağayevanın ( 050-364-98-95 ) mobil nömrəsi ilə əlaqə saxlayıb. Lakin dəfələrlə ona zəng eləsədə Elmira Ağayeva telefonu açmayıb. Hətta mənimlə Şirvan şəhər icra hakimiyyəti qarşısında görüşən zaman nəzərinə çadırmışam ki, mənim icra başçısı Mərdan Camalovla görüşməyimə şərait yaratsın. O isə mənə cavabında belə ifadə işlədib ki, elə bil sən Sabirabad rayonundansan, sən niyə öz şəhərindən tənqid yazırsan və səni başçı ilə görüşdürə bilməyəcəm.

Bir müddət keçdikdən sonra Şirvan şəhər icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Elmira Ağayeva yazıya münasibət bildirmək əvəzinə, məni mülki ittiham qaydasında məhkəməyə verib. İttihamçı şikayətində göstərib ki, barəsində mülki ittiham qaydasında şikayət verilən şəxs tərəfindən onun şərəf və ləyaqətinin, işgüzar nüfuzunun pozulması ilə əlaqədar “Xalqxeber.Az” saytında “Şirvan icra hakimiyyətində Elmira Ağayeva kabusu” və "Şirvanda icra başçısı vəzifəsi uğrunda savaş başlayıb" sərlövhəsi altında məlumat dərc olunub. Guya həmin məlumatda onun şərəf, ləyaqət və işgüzar nüfuzu təhqir olunmuş, o sarsıntı keçirmiş və bununla da mənəvi təhqirə məruz qalıb. Çox təəccüblüdür ki, ittihamçı dərc olunan yazıya münasibət bildirmir, amma məni ittiham edir. Nəzərə almaq lazımdır ki, barəsində mülki ittiham qaydasında şikayət verilən şəxs jurnalistdir və onun ifadə azadlığı, məlumat yaymaq azadlıqları var. Bu cür şikayətin hər hansı ölçüdə və formada təmin edilməsi totalitarizmdən və avtoritarizmdən imtina edərək demokratik inkişaf yolunu seçmiş Azərbaycanda ən mühüm insan haqlarından biri olaraq Konstitusiya ilə və Azərbaycanın tərəf olduğu beynəlxalq aktlarla, o cümlədən, Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi ilə qorunan ifadə azadlığına zərər vuracaqdır. Şirvanın icra başçısının müavini olan Elmira Ağayevanın jurnalistə qarşı xüsusi ittiham qaydasında şikayət verərək onun cinayət məsuliyyətinə cəlb edilməsini tələb etməsi jurnalistin ifadə azadlığına qarşı basqı kimi qiymətləndirilməlidir. Avropa İnsan Haqları Məhkəməsi öz qərarlarında ifadə azadlığının gərəkliliyi dəfələrlə vurğulayıb. İfadə azadlığını məhdudlaşdırarkən dövlət arxayın olmalıdır ki, bu məhdudlaşdırma “demokratik toplumda zəruru” olmaq sınağından keçə bilməlidir.