BolgeXeber.Com » Ölkə » Prezident şikayətləri nəzarətə götürdü - Video

Prezident şikayətləri nəzarətə götürdü - Video

6-04-2015, 19:30
Oxunub: 3 905 Prezident şikayətləri nəzarətə götürdü - VideoDövlət başçısına çoxsaylı müraciətlərdən sonra PA hərəkətə keçib

Vətəndaşların sığorta ilə bağlı şikayətlərini prezident nəzarətə götürüb.

Məsələ ilə bağlı dövlət başçısına çoxsaylı müraciətlərdən sonra Prezident Administrasiyası hərəkətə keçib. Qurumdan Maliyyə Nazirliyinin Sığorta Nəzarəti Xidmətinə xüsusi tapşırıq gəlib. Bununla bağlı sığorta agentlərinin forumunda məlumat açıqlanıb, ciddi tapşırıqlar verilib.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrəfilovun açıqladığı statistikaya görə, əgər 2013-cü ildə sığorta ilə bağlı vətəndaşlar quruma 730 dəfə şikayət etmişdisə, 2014-cü ildə bu rəqəm 1170-dən çox olub

Başqa sözlə şikayətçilərin sayı 400 nəfərdən çox artıb. Öz problemini tənzimləyici qurumla, məhkəmə ilə həll edə bilməyən vətəndaşlar isə dövlət başçısına şikayət etməyə məcbur olub. Nəticədə Prezident Administrasiyası məsələ ilə bağlı qərar verib.

Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrəfilov bildirdi ki, Azərbaycan Respublikası Prezident Administrasiyasından məktub daxil olub: "Məktubda insanlar Sığorta ödənişlərini ala biməmələrilə bağlı cənab prezidentə maraciət ünvanlayıblar. Hazırda Sığorta ödənişlərini ala bilməyənlərin sayı durmadan artmaqdadır. Və proses bu günün özündə belə davam edir”.

Bu məktubdan sonra Sığorta nəzarəti xidməti xüsusi komissiya yaradıb və həmin qurum vətəndaşların şikayətlərini köklü şəkildə araşdıracaq.

“Komissiya hər həftənin 3-cü günü, saat 15-17-dən “açıq qapı” günü elan edib. İstənilən şəxs öz problemini komissiya üzvlərinə çatdıra bilər. Bu komissiya daim olaraq fəaliyyət göstərəcək”, – deyə Müşfiq İsrəfilov bildirdi.

Dövlət xidməti həmçinin sığorta agentlərinə müştəriləri aldatmamaq, onlara sığorta müqaviləsi barədə ətraflı məlumat verməyi tapşırdı.

Sığorta şirkətlərinə gəlincə tənzimləyici şikayətlərin artması ilə bağlı onlarla da görüşlər keçirəcək və müzakirələr aparılacaq. İlkin olaraq 7 şirkət bu görüşə dəvət olunub.(Ans Tv)
BOLGEXEBER.COM