İsmayıllıda direktor oğluna tükürpədici ittiham
7-04-2015, 08:57
Oxunub: 5 682
İsmayıllıda baş verən tükürpədici hadisə ilə bağlı istintaq davam edir
Axar.az-a daxil olan məlumata görə, ötən il rayonun Gideyli kənd orta məktəbinin direktoru Həsən Məmmədovun oğlu Aqşin məktəbli qızı zorlamada ittiham olunub. Aqşin Məmmədov Bakıda yaşayan və İsmayıllıya qohumunun toyuna ailəsi ilə gələn Nailə Nuriyevanı (ad-soyad şərtidir) gecə qaçıraraq, üç gün gizlədib, ona təcavüz edib. Hadisə toy axşamı baş verib. Ailəsi polisə müraciət etdikdən sonra məktəbli qız tapılıb.
Aqşinin evli olduğu bildirilir. Onun uzaqdan bu ailə ilə qohumluğu və məktəbli qızla tanışlığı da olub. Arabir onların Bakıda yaşadığı evə gedib-gəlirmiş. Ancaq qızın ailəsi uzaq qohumun belə bir iş görəcəyini ağlına gətirməyib.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda 149.1 maddəsi ilə cinayət işi açılıb. Daha sonra iş Qəbələ Rayon Prokurorluğuna verilib və müstəntiq Elçin Sadıqovun icraatındadır. Hazırda məktəb direktorunun övladının azadlıqda gəzdiyi və istintaqın davam etdiyi qeyd olunur.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər