ANS-çi Aytənə həmkarından çox ağır sözlər - Şok
8-04-2015, 10:31
Oxunub: 6 491
«O qədər içə bilmərik ki, Aytən Səfərovaya meyl göstərək» — keçmiş həmkarından xəbərdarlıq
ANS TV-dən tanıdığımız Asif Bağırov keçmiş həmkarı Aytən Səfərovanın «Salam Azərbaycan» verilişində onun barədə səsləndirdiyi fikirlərə münasibət bildirib. Asif Bağırovun «Facebook» sosial şəbəkəsində öz profilində yazdığı fikirləri olduğu kimi təqdim edirik:
«Cümə axşamı yaxın dostlarımdan biri mənə dedi ki, əvvəllər çalışdığım ANS TV-nin səhər efirində aparıcı Aytən xanım Səfərova, barəmdə nəsə deyib. Dünən həmin efirin videoyazısına baxdım. Tam məsuliyyətimlə bəyan edirəm ki, aparıcının mənim barəmdə guya özümü ona göstərirmiş kimi çaya pomidor atıb, sonra üstünə qatıq əlavə edib içməyim kimi sərsəmləmələri, onun təxəyyülünün məhsuludur. Bəli, razılaşmaq lazımdır ki, mədədə bütün şeylər qarışır. Amma mənim guya məhz özümü ona göstərirmiş kimi o addımı atmağım barədə «böyük aparıcı»nın aforizmləri puç və əfsanədən başqa bir şey deyil. Yəqin Aytən xanım ANS-in efirində hər gün səslənən «Dəqiq, Qərəzsiz, Vicdanlı» üçlüyünün vacibliyini unudur.
İlqara gəlincə, aparıcının fenomenal yaddaşına həkk etmək pis olmazdı ki, Aytən xanım şirkətə ayaq açanda və İlqar kimi aparıcını ilk dəfə realda görəndə, o subay oğlan yox, artıq evli idi, hətta bir oğlu da vardı. Mən də, onun çoxilllik dostu kimi əminliklə söyləyə bilərəm ki, nə mən, nə də İlqar zövqümüzü o qədər itirməmişik və ya məşhur rus lətifəsində deyildiyi kimi, o qədər içə bilmərik ki, Aytən Səfərovaya meyl göstərək. İstisna deyil ki, xanım Səfərovanın belə bir niyyəti var. Amma acizanə surətdə rica edirik ki, bu istəyini kənarda axtarsın və xatasını bizdən uzaq etsin.
Digər tərəfdən istənilən «mətbəx»in öz söhbətləri var və bunlar elə həmin «mətbəx»də də qalmalıdır. Əks halda xanım Səfərova onu da unutmasın ki, öz toyundan sonra zifaf gecəsinin təəssüratları barədə danışdığı «xatirələr» və başqa nəsnələr nəinki ANS MYMŞ və ya onun yerləşdiyi Zoologiya institutuna, hətta çox uzaqlara yayılardı».
sivil.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər