BolgeXeber.Com » Ölkə » Qarabağ veteranı olan həkim «Tac İnşaatçı» MTK-nın əlində aciz qalıb-FOTOLAR
Qarabağ veteranı olan həkim «Tac İnşaatçı» MTK-nın əlində aciz qalıb-FOTOLAR
8-04-2015, 09:07
Oxunub: 10 493
Səyyarə Babayeva: «Bu şirkət dövlət başçısının fərmanlarını saymayaraq, mənim müəssisəmin hasarına bitişik 16 mərtəbəli bina tikir»
«Bu gün ölkədə dövlət başçısının 348 və 349 saylı fərmanlarına qətiyyən riyayət edilmir. Bununla bağlı etdiyim müraciətlərə də cavab verilmir və nəticəsiz qalmaqdadır». Bu sözləri JAM.AZ-a həkim-ginekoloq, Qarabağ veteranı, Zəngilan rayonundan qaçqın düşmüş Səyyarə Babayeva yazıb.
O bildirir ki, «Tac İnşaatçı» MTK tikinti normalarına riyayət etməməklə yanaşı, onun müəssisəsinin hasarına bitişik 16 mərtəbəli bina tikir. «FHN, Şəhərsalma Komitəsi və Abşeron İcra Hakimiyyəti bu şirktin apardığı tikinti işlərini dayandırmaq əvəzinə, ona şərait yaradır. Halbuki Prezident İlham Əliyevin fərmanları məhz qeyd etdiyim qurumlar tərəfindən icra olunmalıdır».
Səyyarə Babayeva yazır ki, etdiyi şikayətlərdən sonra Abşeron İcra Hakimiyyəti və FHN-in nümayəndələri tikinti aparılan əraziyə baxış keçiriblər. «Onlar da etiraf etdilər ki, tikinti normaları şirktət tərəfindən kobud şəkildə pozulub. Lakin buna baxmayaraq, heç bir tədbir görmədilər».
Qarabağ veteranı olan həkim genekoloq dövlət başçısından yardım istəyir və «Tac İnşaatçı» MTK-nın qanunsuz tikinti işlərini dayandırması tədbir görülməsini xahiş edir.
Qarşı tərəfi də dinləməyə hazırıq.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər