BolgeXeber.Com » Ölkə » "Azəriqaz" işçilərin geyim və saç düzümlərinə də müdaxilə edir FOTO
"Azəriqaz" işçilərin geyim və saç düzümlərinə də müdaxilə edir FOTO
9-04-2015, 13:30
Oxunub: 9 496
Guya hansı "Azəriqaz" əməkdaşı işə şortiklə gəlirdi ki...
"Azəriqaz" İstehsalat Birliyində "İşgüzar geyim qaydaları" ilə bağlı təlimatın fotoları sosial şəbəkələrdə yayılıb.
BOLGEXEBER.COM milli.az-a istinadən xəbər verir ki, qaydalar "Tövsiyə olunan geyim və saç düzümü formaları" ilə "Tövsiyə olunmayanlar"a bölünür. Fotoların Nəsimi Rayon Qaz İstismar İdarəsinin inzibati binasında çəkildiyi iddia olunur.
"Azəriqaz" əməkdaşlarından biri saytla söhbətində "dress-kod" qaydalarının mövcudluğunu təsdiqlədi. "Bu, yeni məsələ deyil ki?! Ötən ilin yayında İstehsalat Birliyində əməkdaşlar üçün tövsiyyə olunan işgüzar geyim qaydaları barədə təlimat verilib. İndi "Qaynar xətt" əməkdaşlarına xüsusi uniformalar hazırlanır. Bu gün əməkdaşların bədən ölçüləri götürüləcək. İşgüzar geyim qaydaları bütün böyük şirkətlərdə və qurumlarda var. Qərbdə buna "dress-kod" deyirlər, biz də tətbiq edirik", - "Azəriqaz" əməkdaşı söylədi.
Xatırladaq ki, MDB məkanındakı qazpaylama və hasilat şirkətləri arasında ilk olaraq Rusiyanın "Qazprom" konserni əməkdaşları üçün "İşgüzar geyim qaydaları"nı tətbiq edib.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər