İcra başçısı Vaqif Abdullayev Beyləqanı özbaşına buraxıb
10-04-2015, 12:08
Oxunub: 6 009
Vaqif Abdullayev 150 min manatı kimə sildirib?
BOLGEXEBER.COM bildirir ki,bu barədə Tia.az-a verilən xəbərə görə, rayonu Kommunal Təsərrüfat İdarəsinin müdiri Azil Aslanov idarə edir. İcra başçısı A.Aslanovun səlahiyyətlərini artırıb. Ona maxinasiyalarda geniş fəaliyyət meydanı yaradıb.
Belə ki, Azil Aslanovun adı 150 min manatlıq korrupsiyada hallanır. Rayonun daxili büdcəsindən Beyləqan şəhər Ərazi İnzibati nümayəndəliyinin hesabına bir neçə ay əvvəl 150 min manat köçürülüb. Məqsəd Beyləqanın 9 küçəsində abadlıq və yollarda yenidənqurma işləri aparmaq olub.
Amma pul yoxa çıxıb. Mənbə iddia edir ki, bir neçə ay əvvəl tender keçirilib. Tenderin qalibi Azil Aslanova məxsus olduğu bildirilən, lakin heç kimin adını belə bilmədiyi bir şirkət olub. Həmin şirkətin adını isə Azil Aslanov dövlət sirri kimi qoruyur. Pul isə faktiki ortada yoxdur. Məhz elə buna görə, Azil Aslanov qeyb olan 150 000 manatın yerini doldurmaq üçün məktəb direktorlarından və rayonun digər idarə və müəssisə rəhbərlərindən pul toplamağa başlayıb.
O, Patallar, Eyvazalılar, Binnətli, Əlləzərli, və bir çox başqa kəndlərin məktəb direktorlarını yanına çağıraraq Beyləqan şəhərinin abadlaşdırılması üçün onların hər birindən 5 000 manat pul istəyib. Azil Aslanov bu pulu məktəb direktorlarından başçının adıyla tələb edib. Məktəb direktorları isə öz növbələrində bu pulu müəllimlərin maaşlarında tutmağa qalxıblar. Mövzunu diqqətdə saxlayacağıq.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər