BolgeXeber.Com » Ölkə » Beynəlxalq Prokurorlar Assosiasiyasının növbəti sessiyası keçirilib
Beynəlxalq Prokurorlar Assosiasiyasının növbəti sessiyası keçirilib
10-04-2015, 14:35
Oxunub: 5 638
Beynəlxalq Prokurorlar Assosiasiyasının aprelin 8-9-da Bəhreyn Krallığının Manama şəhərində növbəti İllik yaz İclasının sessiyası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, tədbirdə Bəhreyn Krallığının baş prokuroru, doktor Əli Əlbinyanın dəvəti ilə assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev də iştirak edib.
Sessiyada təşkilatın rəhbər orqanların, o cümlədən assosiasiyanın prezidentinin, baş Katibinin və baş müşavirinin, eləcə də İcraiyyə Komitəsi üzvlərinin hesabatları dinlənilib, növbəti il üçün qarşıda duran məsələlər müzakirə olunub.
K.Əliyev 2014-cü il aprelin 8-də Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti, Avstriya baş prokurorunun müavini Gerhard Yaroşun Azərbaycana səfəri çərçivəsində Azərbaycanın baş prokuroru Zakir Qaralovla görüşünü, müzakirələr zamanı Beynəlxalq Prokurorlar Assosiasiyasının veb saytının antikorrupsiya alt domeninin yaradılması və həmin işin həyata keçirilməsinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilməsi barədə razılaşmanı xatırladaraq bu istiqamətdə görülmüş işlərlə əlaqədar təqdimatla çıxış edib. O, bu məsul işin Böyük Britaniya Krallığı Prokurorluğu Xidməti və Braziliya Baş Prokurorluğu ilə birlikdə Azərbaycana həvalə edilməsini beynəlxalq aləm tərəfindən Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizəyə göstərilən etimadın təcəssümü kimi qiymətləndirib.
Tədbirdə təşkilati və digər məsələlər müzakirə olunub, assosiasiyanın korrupsiyaya qarşı mübarizə və çirkli pulların yuyulmasına həsr edilmiş növbəti 20-ci illik konfrans və iclasının 13-17 sentyabr 2015-ci il tarixlərində İsveçrənin Sürix şəhərində keçirilməsi qərara alınıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər