BolgeXeber.Com » Ölkə » “Hafka“ Bakıdakı “Ferrari“ mağazasının önündə... - Fotolar

“Hafka“ Bakıdakı “Ferrari“ mağazasının önündə... - Fotolar

11-04-2015, 10:41
Oxunub: 5 144 “Hafka“ Bakıdakı “Ferrari“ mağazasının önündə... - FotolarBiznes çevrələrində “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədov iflası ötən bir ildə medianın ən çox müzakirə etdiyi mövzulardan biri idi. Amma deyəsən "Hafka" yenidən "ayağa qalxır"

"Hafka" bu zamana kimi dəfələrlə müxtəlif səbəblərə görə, gündəmə gəlib. Əvvəl H.Məmmədovun prezidenti olduğu “Bakı” klubunda maliyyə problemləri yaşandı, sonra o, əsas səhmdarı olduğu “Bank of Azerbaijan”ın İdarə Heyətinə rəhbərlikdən uzaqlaşdırıldı.

Nəqliyyat naziri Ziya Məmmədovla şərikli olduğu “Baglan Group”un nəzarətində olan şirkətlərin təhvil-təslimi istənildi. Onun “Eurovision” ərəfəsi Bakıya gətirdiyi 500-dən çox “London taksi”sinin qəflətən gömrük rüsumunu ödəmədiyi yada düşdü, taksilər yolda saxlanıb cərimə meydançasına aparıldı.

Xəbər verildiyi kimi, Hafiz Məmmədov yenidən “Bank of Azerbaijan”ın Müşahidə Şurasının sədri seçilib. Xatırladaq ki, “Bank of Azerbaijan”ın səhmdarlarının 2014-cü ilin mayın 22-də keçirilmiş növbədənkənar yığıncağında bankın Müşahidə Şurasının sədri vəzifəsi Mehman İsmayılova həvalə edilmişdi.

H.Məmmədov uzun müddətdən sonra Bakıda görülüb. Çox maraqlıdır ki, onun görüldüyü yer, ötən ilin əvvəllərində böyük səs-küylə Bakıda açılmış olan lüks avtomobil salonu olub.

Belə ki, aprelin 10-da H.Məmmədov Bakıdakı "Ferrari" avtomobil salonunun önündə görülüb.BOLGEXEBER.COM xəbər verir ki, musavat.com-un əməkdaşı təsadüfən həmin yerdə olub və "Hafka"nı ora gəlişinin şahidi olub. H.Məmmədov "Mercedes" markalı, şüşələri tamamı ilə pərdə ilə örtülmüş, 10-AA-** dövlət nömrə nişanlı avtomobillə brend avtomobil salonuna gəlib.

"Ferrari" salonunun qarşında dayanan H.Məmmədov, əməkdaşlarımızın onu görüntülədiyini görüb və orada çox dayanmayıb. Salonun önündə bir nəfərlə görüşən H.Məmmədov, daha sonra avtomobilinə əyləşərək, oradan cəld şəkildə uzaqlaşıb. "Hafka"nın qadağan olunmasına baxmayaraq, şüşələri pərdə ilə qapadılmış avtomobildə necə gəzməsi çox maraqlıdır.

Maraqlı olan sadəcə bu deyil. Bəzi iddialara görə, H.Məmmədov "Ferrari" markalı avtomobil almaq qərarına gəlib. Bildiyiniz kimi ”Lamborghini", “Ferrari” kimi avtomobil şirkətlərinin özlərinə məxsus satış siyasəti var. Satış menecerləri gəlib, sifariş verən şəxsin maddi durumu ilə maraqlanır. Bankdakı pulunun miqdarı ilə bağlı arayış tələb edirlər. Yəni, pulu olan hər adam gedib bu markadan olan maşınları rahatca ala bilməz. "Hafka"nın isə buna gücü çatır. Buradakı avtomobillərin qiyməti isə 300-500 min manat arasındadır.
“Hafka“ Bakıdakı “Ferrari“ mağazasının önündə... - Fotolar
“Hafka“ Bakıdakı “Ferrari“ mağazasının önündə... - Fotolar
“Hafka“ Bakıdakı “Ferrari“ mağazasının önündə... - Fotolar
“Hafka“ Bakıdakı “Ferrari“ mağazasının önündə... - Fotolar