BolgeXeber.Com » Ölkə » POLİS GENERALI ÖZ OĞLUNU HƏBS ETDİ! – Azərbaycanda ŞOK hadisə – FOTO -Yenilənib
POLİS GENERALI ÖZ OĞLUNU HƏBS ETDİ! – Azərbaycanda ŞOK hadisə – FOTO -Yenilənib
11-04-2015, 18:24
Oxunub: 5 074
Şərif Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır
Aprelin 10-da Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis generel-mayoru Şərif Əsədullayev öz oğlu Tamerlan Əsədullayevi həbs etdirərək istintaq orqanlarına təhvil verib. Bu sensasiyalı məlumatı strateq.az saytı yayıb.
Hadisə barədə ilkin olaraq o məlumdur ki, general Şərif Əsədullayev oğlu Tamerlan Əsədullayevin Bakıdakı restoranlardan birində dava saldığını, bir nəfəri döydüyünü və sonra da qaçıb gizləndiyini eşidib. Dərhal oğlunu tapdıran və sonra da, necə lazımdırsa, tənbeh edən Əsədullayev bu özbaşınalığa göz yummayaraq, oğlunu öz əlləri ilə gətirib polisə təhvil verib və israrla da həbs olunmasını istəyib! Bizə çatan məlumata görə, artıq məhkəmə qərarı ilə Tamerlan Əsədullayevin barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib…
Qeyd edək ki, bu, general Əsədullayevin oğlunun adı qarışan ilk qalmaqal deyil. Ötən ilin may ayında Bakıda Tamerlan Əsədullayev və dostları polisləri döydüyünüə görə gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, may ayının 5-i, gecə saat 04:00-da Qış parkının yaxınlığında sərxoş olan Tamerlan Əsədullayevin bir xanımı döydüyünü görən polislər yaxınlaşaraq onu bölməyə aparmaq istəyiblər. Tamerlan Əsədullayev isə polis əməkdaşlarını da söyüb və onlara əl-qol ataraq ordan uzaqlaşıb.
Daha sonra yenidən geri qayıdan Tamerlan Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir edib. Polislər isə hadisə yerinə Post Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalıblar və köməyə gələn polislərin yardımı ilə Tamerlan Əsədullayevi çətinliklə də olsa, 27-ci polis bölməsinə aparıblar.
Bölməyə çatan kimi qardaşına zəng edən Tamerlan Əsədullayev ondan kömək istəyib və bir neçə dəqiqə sonra idmançılarla birgə polis idarəsinə gələn qardaşı polis əməkdaşlarını təhqir etməyə, döyməyə başlayıb.
Mətbuat yazmışdı ki, bu zaman döyülən polislərdən biri ağır xəsarət alıb. Hadisə ilə bağlı araşdırma başladılsa da iki gün sonra dayandırılıb.
Belə görünür ki, generalın oğlunun növbəti dəfə bir nəfərin bıçaqlanması ilə müşayiət olunan davaya qarışması onun atasını boğaza yığıb və Əsədullayev oğlunu həbs etdirməkdən başqa yol görməyib.
İnsidentlə bağlı virtualaz.org saytı DİN-in mətbuat xidmətindən və Yasamal RPİ 26-cı polis bölməsindən şərh ala bilməyib. Hüquq-mühafizə orqanlarındakı mənbələrin isə bildirib ki, ə generalın oğlunu adı xuliqanlıq əməlində keçir və faktla bağlı araşdırma başladılıb, dava iştirakçıları saxlanılıb və onların barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat göndərilib.
Xatırladaq ki, general Şərif Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 7-09-2024, 16:21 : Daha bir cüdoçumuz finala yüksəlib
İdman / Xəbərlər
- 7-09-2024, 14:16 : Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
İdman
- 5-09-2024, 17:53 : İtaliyanın Baş naziri Prezident İlham Əliyevi qarşılayıb
Siyasət
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman