BolgeXeber.Com » Ölkə » Qazaxda dələduz müdir: “Məni aldadan bankın sədridir”

Qazaxda dələduz müdir: “Məni aldadan bankın sədridir”

12-04-2015, 14:47
Oxunub: 4 735 Qazaxda dələduz müdir: “Məni aldadan bankın sədridir”Qazaxda bağça müdiri kredit dələduzluğundan danışıb

BOLGEXEBER.COM axar.az-a istinadən xəbər verir ki, rayonun Xanlıqlar kənd bağçasının müdiri Xatirə Əsgərova 200-ə qədər kənd sakinini aldatmadığını bildirib. O, İctimai Televiziyaya qısa açıqlamasında kimsənin pulunu mənimsəmədiyini deyib:
“Mən heç kimi aldatmamışam. Mənə söz verilib ki, uzun müddətli kredit olacaq. Mən 40 nəfəri göndərmişəm ki, kredit götürsünlər. Məni aldadan bankın müdiridir”.

Bağça müdiri kənd sakinlərinin çoxu ilə olan qohumluq əlaqələrindən istifadə edib. Gah statusundan yararlanıb, gah da oğluna qonşu kənddə ev almağı əsas gətirərək həmkəndlilərinin razılığını alıb. Kredit götürdüyü şəxslər arasında, ümumiyyətlə, heç yerdə işləməyən, bu kreditlərdən xəbəri olmayan, hətta fiziki məhdudiyyətli insanlar da var. Qohumundan 2600 manatı qızıl müqabilində götürən Xatirə Əsgərova bir neçə gündən sonra zinət əşyalarını geri alıb. Bildirib ki, qızılları sataraq ondan borc götürdüyü pulu qaytaracaq. Ancaq təbii ki, bu, baş verməyib.

Onun barəsində cinayət işi başlanıb.
BOLGEXEBER.COM