BolgeXeber.Com » Ölkə » SOS: Bakıda fasadı Çin malı ilə üzlənən bütün binalar və onların sakinləri böyük təhlükədə
SOS: Bakıda fasadı Çin malı ilə üzlənən bütün binalar və onların sakinləri böyük təhlükədə
13-04-2015, 18:28
Oxunub: 5 729
Bir neçə gün əvvəl Xətai rayonu Nobel prospektində doqquzmərtəbəli binanın yanması itkisiz ötüşsə də, yüzlərlə insanın evsiz qalmasına səbəb oldu. Araşdırma zamanı məlum olub ki, yanğına səbəb Çindən ucuz qiymətə gətirilərək, binanın fasadına vurulan penaplast materialıdır.
Çin mallarının keyfiyyətsiz olduğunu sübut etməyə isə ehtiyac yoxdur. Şəhərin istənilən nöqtəsində köhnə binların fasadının məhz həmin materialla üzləndiyini görmək olar...
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Modern.az-a sözügedən tikinti materialı ilə bağlı bunları deyib:
“Penaplast kifayət qədər lazımsız materialdır. Adətən, tikintidə boş qalan, aralıq hissələri doldurmaq, hava keçməməsi üçün istifadə edilir. Tezalışan materiallardan hazırlanır və buna görə də insanların həyatı üçün böyük təhlükədir. Eyni zamanda, bu üzlüklər çəkildikdən sonra mənzillərin havalanmasında da ciddi problemlər yaranır. Bu səbəbdən də materialın binaların üzlüyünə vurulması düzgün deyil və yolverilməzdir. Bunun nəticəsini bir neçə gün əvvəl Nobel prospektində yaşanan hadisə zamanı hamılıqla gördük”.
O qeyd edib ki, heç bir xarici ölkə praktikasında penaplastdan tikinti materialı olaraq istifadə olunmur:
“Qonşu ölkələrin təcrübəsinə nəzər salsaq, onlarda bu cür tez alışan, yanmağa meylli məhsulların nəinki binaların üzlüyünə vurulması, hətta açıq ərazilərdə istifadəsi yolverilməz hesab olunur. Bizdə istifadənin nəticəsi göründü. Kiçik bir alışma səbəbindən qısa müddətdə binanın bütün fasadı yandı, hətta binadakı mənzillərə də kifayət qədər zərər dəydi.
Bu praktikadan o ölkələr istifadə edə bilər ki, həmin ərazidə təbii üzlük daşlar, materiallar mövcud deyil. Azərbaycan özünün “gülbax”, “ağlay” daşları ilə kifayət qədər məşhurdur. Keyfiyyətinə və uzunömürlülüyünə görə də istənilən tikinti materialına alternativ olmaq, rəqabət aparmaq imkanına malikdir. Ona görə də şərq memarlıq üslubuna uyğun gəlməsi üçün məhz bu daşlardan istifadə edilməsi məqsədəuyğundur”.
Ramil Osmanlı onu da bildirib ki, Azərbaycanda yalnız bir şirkət tərəfindən penaplast materialı istehsal olunur, o da yanmağa meylli plastmasdan hazırlanmır:
“Binaların üzlənməsində istifadə edilən material yerli istehsal deyil, ölkəyə xaricdən gətirilir. Geniş istifadəsinin səbəbi isə ucuz başa gəlməsidir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər