BolgeXeber.Com » Ölkə » "İlk İnşaat" şirkətində bədbəxt hadisələr qaçılmazdır

"İlk İnşaat" şirkətində bədbəxt hadisələr qaçılmazdır

15-04-2015, 17:26
Oxunub: 7 308 F"İlk İnşaat" şirkətində bədbəxt hadisələr qaçılmazdırəhlələrin bir çoxunun əmək müqaviləsi və miqrasiyası yoxdur

"İlk İnşaat" tikinti şirkətində çalışan fəhlələrin etiraz aksiyası keçirməsi haqda xəbər vermişdik. Qeyd edək ki, şirkətdə işləyən fəhlələrin maaşlarını vaxtında ala bilmədikləri üçün etiraz etdiyi deyilirdi. Daha sonra isə mətbuatda şirkətdəki türk və azərbaycanlı fəhlələrin arasında insident yaşanması haqda məlumat yayıldı.

Aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşlarının olaya müdaxiləsindən sonra ara sakitləşdi. Yadınızdadırsa, Türkiyənin "İlk İnşaat" şirkətinin Bakıda həyata keçirdiyi tikinti layihələrindən birində aylar öncə qeydə alınan ölüm hadisəsi və fəhlənin qanının batırılması haqda məlumat vermişdik. Qısaca xatırladaq ki, "İlk İnşaat"ın Heydər Əliyev Mərkəzinin yaxınlığında həyata keçirdiyi tikinti işləri zamanı bədbəxt hadisə qeydə alınıb. Əslən Ağdam rayonundan olan fəhlənin üstünə dəmir konstruksiya aşıb və o hadisə yerindəcə dünyasını dəyişib. Amma aidiyyəti hüquq-mühafizə orqanlarının bundan xəbəri olmayıb. Daha doğrusu, şirkətin nümayəndələri fəhlənin qanını batıraraq cinayət faktının üstünü gizli saxlayıblar. Mərhumun ailəsinə hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyiblər. Əslində isə fəhlənin ölümünə səbəb təhlükəsizlik qaydalarına riayət edilməməsi olub. Məsələni ictimailəşdirməyimizə baxmayaraq, əlaqədar qurumlardan heç bir reaksiya gəlmədi. Apardığımız yeni araşdırmalar isə göstərir ki, "İlk İnşaat" tikinti şirkətində çalışan fəhlə və ustaların həyatı təhlükə altındadır: "Qardaş Türkiyəyə məxsus olan şirkətin rəhbərliyi Əmək Məcəlləsinin müvafiq tələblərinə riayət etmir. Fəhlələr təhlükəsizlik qaydalarına riayət edilmədən işlədilir. Bunun nəticəsində şirkətin icra etdiyi tikinti layihələrində tez-tez bədbəxt hadisələr qeydə alınır. Amma bu ölüm işlərinin bir çoxunun üstü gizli saxlanılır. Şirkətin rəhbərliyi belə hadisələrin hüquq-mühafizə orqanlarına sızmasına imkan vermir. Əgər belə olsa, o zaman şirkətin layihələri yarımçıq qala bilər. Tikintidə xəsarət alan, yaxud dünyasını dəyişən şəxslərin qohumlarını nəyinsə qarşılığında ələ alırlar. Nəhayətdə, həmin insanlar şirkətdən şikayətçi olmurlar". Əldə etdiyimiz məlumatlara əsasən, "İlk İnşaat"da azərbaycanlılarla yanaşı, türk və digər millətlərə mənsub şəxslər də işləyir: "Əcnəbi işçilərin aylıq məvacibi qat-qat çoxdur. Burda maraqlı bir məqam var. Belə ki, Azərbaycana işləməyə gələn əcnəbi vətəndaşlar qanunda nəzərdə tutulan formada Dövlət Miqrasiya Xidmətindən mütləq əmək miqrasiyası almalıdır. Əks halda, həmin şəxslər məsuliyyət daşıyırlar. "İlk İnşaat"da çalışan əcnəbi işçilərin demək olar ki, heç birinin əmək miqrasiyası yoxdur. Bu, qanunların kobud şəkildə pozulması deməkdir. Bundan başqa, şirkət rəhbərliyi işə götürdüyü şəxslərlə əmək müqaviləsi bağlamır. Nəticədə həm əmək qanunlarının tələbləri pozulur, həm də külli miqdarda vəsait vergidən yayındırılır". Başqa bir məlumatda isə bildirilir ki, türk şirkətində təşkilati, texniki və sanitar-gigiyenik qaydalara qətiyyən əməl edilmir: "Buna görə tez-tez bədbəxt hadisələr baş verir. Deyilənə görə, şirkət hazırda gördüyü tikinti layihəsi üçün texniki attestasiyadan keçməyib. Fəhlələr işə qəbul edilərkən təlimatlandırılmır, zəruri tibbi yoxlanışdan keçirilmirlər. Digər tərəfdən, onlara xüsusi geyim vasitələri verilmir". Son vaxtlar istehsalatda baş verən bədbəxt hadisələrin sayının artması narahatlıq yaratmaya bilməz. Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) məlumatına görə, işə götürən tərəfindən əmək qanunvericiliyinə əməl olunması ilə bağlı 5500 müəssisədə dövlət nəzarəti həyata keçirilib. Bu müəssisələrdən 1017-si dövlət, 4483-ü isə özəl müəssisələr olub. Qeyd edək ki, istehsalatda təhlükəsizlik qaydalarına əməl edilməməsi faktı aşkar olunduğu təqdirdə işəgötürən müvafiq qaydada cərimə edilir və bu cərimə maksimum 3000 manatadəkdir. Ekspertlərin fikrincə, işə götürənlə fəhlə arasında imzalanan əmək müqaviləsinə uyğun olaraq işçinin təhlükəsizliyi tam şəkildə təmin edilməlidir: "Bunların hamısı Əmək Məcəlləsində öz əksini tapır. Baş verə biləcək hər hansı bədbəxt hadisəyə görə işəgötürənlər məsuliyyət daşıyır. Eyni halda işçilər də təhlükəsizlik qaydalarına əməl edəcəkləri ilə bağlı öz üzərlərinə öhdəlik götürürlər. Müvafiq təlimatlarla təlimatlandırılan işçi sənədə imza atır. Digər tərəfdən işəgötürənlər işçini bütün avadanlıq və təhlükəsizlik vasitələri ilə təmin etməlidir". Təəssüf ki, "İlk İnşaat" tikinti şirkətinin rəhbərliyi fəhlələrin təhlükəsizliyinə, digər məsələlərə o qədər də önəm vermir. Ümid edirik ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə və Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev toxunduğumuz mövzunu araşdırıb "İlk İnşaat"da mövcud olan xoşagəlməz halların qarşısını alacaq.(gundelik-baku.com)

Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

BOLGEXEBER.COM