BolgeXeber.Com » Ölkə » Əhməd Əhmədzadənin qardaşı oğlu Qaxın səhiyyəsini bərbad günə qoyub

Əhməd Əhmədzadənin qardaşı oğlu Qaxın səhiyyəsini bərbad günə qoyub

16-04-2015, 11:05
Oxunub: 4 799 Əhməd Əhmədzadənin qardaşı oğlu Qaxın səhiyyəsini bərbad günə qoyubƏhməd Əhmədzadənin qardaşı oğlu Tərlan Əhmədzadə işini bacarmır

O, əmisinə və qohumu olan icra başçısı Musa Şəkiliyevə güvənərək bir sıra qanunsuz işlərə imza atır

Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına əsaslı təkan verib. Son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artıb.

Ölkə rəhbərliyinin diqqət və qayğısının nəticəsində ölkəmizin səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır. Lakin həyata keçirilən müsbət işlərə baxmayaraq, bəzi səhiyyə ocaqlarında vətəndaşlara keyfiyyətsiz tibbi xidmət göstərilir. Qax Rayon Mərkəzi Xəstəxanası (RMX) da belə səhiyyə müəssisələrindən biridir. Xəstəxanada hökm sürən problemlərlə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Öncə qeyd edək ki, rayon əhalisinə 150 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, 25 çarpayılıq Uşaq Xəstəxanası, 15 çarpayılıq Tasmalı, 10 çarpayılıq Əlibəyli kənd sahə xəstəxanaları,10 həkim məntəqəsi, 26 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən xidmət göstərilir. Rayonda 592 nəfər diabetli, 234 onkoloji, 668 nəfər əsəb pozuntulu, 32 narkotik asılılıqlı, 43 nəfər talassemiyalı və hemofiliyalı, 22 nəfər xroniki böyrək çatışmazlığı olan xəstə var. Etibarlı mənbələrin məlumatında vurğulanır ki, xəstəxananın baş həkimi Tərlan Əhmədzadə işinin öhdəsindən layiqincə gələ bilmir: "Xəstəxananın keçmiş rəhbəri indiki baş həkimin atası Fərman Əhmədzadə idi. O dünyasını dəyişəndən sonra yerinə oğlunu təyin etdilər. Əhməd Əhmədzadənin qardaşı oğlu Tərlan Əhmədzadənin baş həkimi olduğu xəstəxanada pasiyentlərə baxımsızlıq və biganəlik izaholunmaz həddə çatıb.

Burda yol verilən özbaşınalıqlar barədə dəfələrlə aidiyyəti qurumlara - Qax Rayon İcra Hakimiyyətinə və Səhiyyə Nazirliyinə şikayətlər ünvanlansa da, problemlər hələ də həllini tapmayıb. Xəstəxananın dövlət himayəsi altında olmasına baxmayaraq, burada xəstələrə olan tibbi xidmət açıq şəkildə müəyyən maraq qarşılığında həyata keçirilir. Dövlət tərəfindən xəstəxanaya verilən dərmanlar vətəndaşlara satılır. İmtiyazlı kateqoriyaya aid olan xəstələr pulsuz dərman tələb edəndə tibb ocağının personalı onlara bəhanələr gətirir. Burda pulsuz tibbi xidmət anlayışı yoxdur. Xəstəxanadan içəri girdinsə, mütləq həkimlərə öz dilləri ilə desəm, "hörmət" etməlisən. Yoxsa sənin dərdinə heç bir əlac edilməyəcək. Tərlan həkim rayon səhiyyəsində öz prinsiplərini, şəxsi maraqlarını tətbiq edir və buna görə də heç kimdən çəkinmir. Baş həkim həm əmisinə, həm də qohumu olan icra başçısı Musa Şəkiliyevə güvənir. Dövlət büdcəsindən səhiyyə ocağına ayrılan vəsaitlərin böyük bir hissəsi təsərrüfat malları və cari təmirlər adı altında mənimsənilir. Baş həkimin əsas qazancı isə tibb məntəqəsinin binalarının cari təmirinə ayrılan vəsaitlərdən gəlir. Belə ki, müvafiq sənədlərdə tibb məntəqələrinin əsaslı təmir olunduğu göstərilsə də, reallıq tamam başqadır. Tibb məntəqələrinin vəziyyəti hər şeyi öz-özlüyündə göstərdiyinə görə sənədlərdə təmir olunan tibb məntəqələrilə bağlı heç əlavə şərhə ehtiyac qalmır. O həkimlərin və tibb bacılarının işə qəbulundan da qazanc götürür. Məsələn, mərkəzi xəstəxanada tibb işçisi kimi işə qəbul olunmaq üçün baş həkimə müəyyən miqdarda verməlisən. Xadimə və sanitar olmaq istəyənlər üçün də xüsusi cədvəllər mövcuddur. Bundan əlavə, kəndlərdəki tibb və həkim məntəqələrinin adına yazılan dərman preparatları daTərlan Əhmədzadənin ətrafındakı şəxslər tərəfindən apteklərdə satdırılır". Xatırladaq ki, ölkə başçısı son çıxışlarından birində dövlət vəsaitlərinin xərclənməsində israfçılığa yol verilməməsini tapşırıb. Yəni bu o deməkdir ki, dövlət strukturları büdcə vəsaitlərinin təyinatı üzrə və məqsədyönlü şəkildə istifadəsinə birbaşa məsuliyyət daşıyır. Amma Qax səhiyyəsinə nəzarət edən Tərlan Əhmədzadə nədənsə belə fikirləşmir. Mənbənin bildirdiyinə görə, rayonun səhiyyə şəbəkəsinin saxlanmasına ayrılan vəsaitlərin yetərli hissəsi təyinatı üzrə xərclənmir: "Baş həkim keçən il özünə yaxın MMC-lərin əli ilə müxtəlif xərc adı altında 540 min manatlıq dərman, dəftər-qələm, mebel alıb. Mövcud qaydalara görə, büdcə vəsaitlərinin xərclənməsi üzrə sənədlər "Tender haqqında" Qanunun tələblərinə uyğun olaraq Satınalmalar üzrə Dövlət Ağentliyindən keçməlidir. Sonra tenderdə qalib gəlmiş MMC həmin vəsaitin icrasına cəlb olunur. Ancaq xəstəxana rəhbəri adı olub özü olmayan MMC-lərin əli ilə qanunsuz maliyyə əməliyyatları həyata keçirib və nəticədə dövlət büdcəsinə ziyan dəyib". Tərlan Əhmədzadənin Qaxda və Bakıda iri biznes obyektlərinin olduğu bildirilir. Bu haqda gələn saylarımızda geniş məlumat verəcəyik. Yəqin ki, Səhiyyə Nazirliyinin və digər əlaqədar qurumların nümayəndələri yazdığımız məsələləri tezliklə araşdıracaq və baş həkimin haqqında ölçü götürəcəklər.gundelik-baku.com

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.