BolgeXeber.Com » Ölkə » Səlim Müslümov Türkiyə bazarında xanımı ilə alış-verişdə – Foto

Səlim Müslümov Türkiyə bazarında xanımı ilə alış-verişdə – Foto

20-04-2015, 13:07
Oxunub: 5 496 Səlim Müslümov Türkiyə bazarında xanımı ilə alış-verişdə – FotoTürkiyədə səfərdə olan Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bursada tarixi və mədəni məkanları gəzib

Səlim Müslümov səfər zamanı jurnalistlərin suallarını da cavablandırıb.

O bildirib ki, Ədalət və İnkişaf Partiyası (AKP) ölkəsi üçün xeyli işlər görüb. Türkiyənin Avropa ölkələrindən heç də fərqlənmədiyini söyləyən nazir Bursaya heyranlığını gizlətməyib.

Bursada Orhan Məscid, Kozahan və Ulucamini gəzən S.Müslümov daha sonra Uludağa çıxıb. 4 ildir Türkiyəyə gəlib-getdiyini bildirən S.Müslümov Bursaya birinci dəfədir gəldiyini söyləyib: "Bursaya Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çəliyin dəvəti ilə gəlmişəm. Ona bu ziyarətdən çox məmnun olacağımı söylədim. Dünən biz Ankarada nazirlər arası 8-ci komissiyanın yığıncağını keçirdik. Onun hesabatını imzaladıq. Toplantıdan sonra Ankaradan Bursaya doğru yola çıxdıq".

ƏƏSMN-nin rəhbəri Azərbaycanla Türkiyənin "birlikdə atan ürək" olduğunu ifadə edib: "Bunu bizim prezidentimiz İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə siyasəti də təsdiq edir. Bu siyasət iki məmləkətin çox sürətli inkişafını təmin edir. Həm də beynəlxalq səviyyəli yığıncaqlarda, çox əhəmiyyətli qərarlarda iki ölkənin tək bir söz söyləməsinə imkan yaradır. Dünyada hər kəs bilir ki, hər hansı bir toplantıda Türkiyə yoxdursa, lakin Azərbaycan ordadırsa, heç kim Türkiyə haqqında bir söz söyləməz".ans